SAĞLAM QİDA

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 5 480
  • 0 rəy

SAĞLAM QİDA

Sağlam qida- sadəcə möhkəm sinir sistemi, özünü yaxşı hiss etmək, müxtəlif xəstəliklərdən uzaq olmaq və artıq çəki demək deyil. Sağlam qida eləcə də bir həyat fəlsəfəsidir. Sağlam həyat tərzi saglam qidalanma olmadan mümkün deyil.
Biz nəyi, nə zaman və nə qədər yediyimizi özümüz müəyyən edirik. Və əgər biz bunu edən zaman sağlam qida qaydalarına riayət edərək etsək o zaman bütün lazımsız xəstəliklərdən azad olar, onların yaranmasının qarşısını alar və həyatımızı uzada bilərik. Etrafımızda müxtəlif qidalar çoxdur. Amma buna baxmayaraq biz hansının daha xeyirli və faydalı, hansının isə ziyanlı olduğu haqqında düşünürük. Əsasən təbii qidalar kənardan kimyəvi müdaxiləsi olmayan təbiətin bizə bəxş etdiyi məhsullardır. Lakin onlarında istifadəsi diqqət etmək önəmlidir. Bu dəfə dietalardan deyil, sadəcə faydalı, sağlam qida və düzgün qidalanmadan danışacağıq.

XOLESTEROLSUZ SAĞLAM QİDA
Xolesterol özü insan bədəninin normal fəaliyyəti üçün vacibdir. Lakin artıq olduğu zaman problem yaranır. Əgər qanda xolesterolun səviyyəsi artarsa o zaman qan damarlarının divarlarında yağ lövhələri əmələ gəlir, şəffaflığını itirir və nəticədə müxtəlif ürək xəstəlikləri hətta infarkt baş verir. Xolestorol 2 növə ayrılir: “yaxşı” və “pis”. “Yaxşı” xolestorol yağı damarlardan çıxarır, “pis” isə əksinə damarlara toplayır. Xolestorol radiasiya kimidir, o sanki var və ziyanlıdır, amma biz bunu hiss etmirik və qanın tərkibində onun yüksəkliyi yoxdur.
Bəs bundan nece qorunmaq olar? Çarəsi var: çoxlu hərəkət və düzgün qidalanma. Xolesterolun səviyyəsini stabil saxlamaq üçün bir çox məhsullar vardır. Məhsulların uyğunluğunu nəzərə alsaq bu zaman qida rasionumuzda müxtəlif və balanslı olacaq. Qida məhsullarını şərti olaraq 3 yerə bölmək olar: birinci – qanda xolesterolun səviyyəsinin artmasına imkan yaradan, ikinci – qanda xolesterolun səviyyəsinə aid olmayan, üçüncüsü – qanda xolesterolun səviyyəsini azaldan. Bütün yağlar ziyanlı deyil. Faydalı yağlar əsasən tərəvəzlərdə və balıqda yerləşir. Ziyanlı yağlar isə ət, dəniz və süd məhsullarında, eləcə də kokosda mövcuddur.
Əsas qaydalar:
– yağsız ətlərə üstünlük vermək, ət üzərində olan yağları və toyuq əti üzərindən dərini ayırmaq;
– mal (qoyun) ətini balıq və ya hər hansısa quş ətiylə əvəz etmək;
– həftədə bir-iki dəfə balıq yemək;
– daha çox meyvə-tərəvəz yemək, salatları isə duru yağlarla hazırlamaq lazımdır;
– yulaf yarmasından hazırlanmış sıyıq yemək (əsasən də səhər naharına);
– yeməkləri hazırlayarkən duru yağlardan istifadə etmək;
– süd məhsulları qəbul etmək, yağlılığı az olan və ya tam yağsız;
– hisə verilmiş məhsulları, kolbasa, sosiska, fri kartof, çipsilər, xotdoqlar,hamburgerləri “menyudan” çıxarmaq;
– kofeni az qəbul etmək (çay mümkündür);
– spirtli içkilərdən uzaq olmaq (qırmızı çaxır azca qəbul etmək olar).
C vitamini ilə zəngin qidaları qəbul etmək qandakı “pis” xolesterolun səviyyəsini azaldır. Qreyfrut daha faydalıdır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"SAĞLAM QİDA" haqqında müzakirə