Köklük cinsi həvəsin azalmasına səbəb ola bilərmi?
Kök insan dedikdə orqanizminin bütün hüceyrələrində piy toxuması yığılıb qalan insan nəzərdə tutulur. İnsan orqanizmi öz həyatını yaşamaq üçün ona lazım olan enerjini xarici qidalar vasitəsilə alır. Daxil olan enerjinin yetərincə parçalanmaması isə artıq piylərin əmələ gəlməsinə və depolanmasına səbəb olur.
Buna həddindən çox yemək, bəzi dərman vasitələri, hormonal dəyişikliklər, doğuşların sayı, yaş, siqaret, azhərəkətlilik səbəb ola bilər. Köklük orqnizmdə şəkərli diabetə, yuxuda boğulmalara, xoruldamaya və bir çox digər xəstəliklərə səbəb ola bilir. Köklüyün səbəb olduğu xəstəliklərin siyahısında normal olmayan cinsi həyat tərzi də durur. Köklük insanların cinsi həyatında aşağıdakılara səbəb ola bilir:
* cinsi həyata mənfi təsir edir
* cinsi performansın keyfiyyətini aşağı salır
* insanın psixologiyasına təsir edərək cinsi həvəsini azaldır
* cinsi akta meyilliliyi azaldar, intim duyğuları söndürər
* köklük səbəbindən insan özündən utanar və cinsi aktdan qaçar.
Mütəxəssislər köklüyü səbəbindən cinsi əlaqədən qaçan adamlara mütləq həkimə müraciət etməyi məsləhət bilir. Hesablamalar orta yaşlarında, artıq çəkidən əziyyət çəkənlərin arıqladıqları zaman cinsi həvəslərinin 2 dəfə artdığını göstərir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Köklük cinsi həvəsin azalmasına səbəb ola bilərmi?" haqqında müzakirə