Doğumdan sonrakı depressiya

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 2 968
  • 0 rəy

Doğumdan sonrakı depressiya
Doğumdan sonrakı depressiya - Postratum depressiya doğuşdan sonra əksər qadınlarda rast gəlinən bir vəziyyətdir.Bu vəziyyət doğumdan sonra 4 həftə ərzində öz əlamətlərini göstərir.Xəstəliyin ağırlıq dərəcəsi əlamətlərin meydana çıxdığı zamandan və əlamətlərin dərinliyindən asılıdır.
Doğumdan sonrakı depressiya uşaq anası olan zaman qadının həyatında baş verən sosial,hormonal və psixoloji dəyişikliklərlə əlaqədar olur.Bir çox analar depressiyaya fiziki və duyğusal dəyişikliklər səbəbindən düşürlər.
Hamiləlik və doğumla əlaqədar olaraq orqanizmdə baş verən hormonal dəyişikliklər də doğumsonrası depressiyaya səbəb olur.Belə ki,hormonıların miqdarının aşağı düşməsi qadınların sinir sisteminə təsir edir və onların psixologiyasını pozur.Qadınların bəziləri ana olmağın sevincindən çox çevrədən uzaqlaşmalarına görə psixoloji gərginlik keçirirlər.Bu gərginliklər isə uzunmüddətli olduqda depressiyaya səbəb olur.
Hamiləlik sonrası depressiyanın baş verməsinə aşağıdakı risk faktorları aiddir:
* hamiləlik zamanı depressiyada olmaq
* yaşlı vaxtda uşaq dünyaya gətirmək
* çox erkən yaşda uşaq dünyaya gətirmək
* çoxuşaqlı olmaq
* hormonal pozğunluqların olması
* ətrafdakılardan kömək və qayğı görməmək
* tənha yaşamaq
* söz-söhbətli evlilik
Doğumdan sonrakı depressiya xəstəliyi hər bir qadının özünə və xəstəliyinin ağırlıq dərəcəsinə uyğun olaraq fərdi qaydada aparılır.Xəstəliyin dərəcəsi ağır olarsa zahılarda psixoz vəziyyətlər meydana çıxa bilir Bu zaman qadının xəstəxana şəraitində müalicəsi vacib sayılır.
Mütəxəssislər hər bir qadının doğumdan sonra fərqli ruh halının olduğunu söyləyir.Doğumdan sonrakı depressiya aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* həddindən artıq şən olmaq
* həddindən artıq qəmgin olmaq
* səbəbsiz ağlamalar
* narahatçılıq hissi
* həyəcanlılıq
* özünü kimsəsiz hiss etmə
* köməksizliyini hiss etmə
* səbirsizlik
* çarəsizlik
* bəzən halyusinasiyaların baş verməsi
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Doğumdan sonrakı depressiya" haqqında müzakirə