Depressiya
Depressiya – ciddi psixoloji problemdir, bu zaman nəinki xəstə, hətta yaxınlarıda əziyyət çəkirlər.
Ümumi məlumat:
Depressiya stress və ya uzun müddət travmalı situasiyalarda inkişaf edir. Ağır fəsadlara yol verməmək üçün depressiyanın səbəblərini aradan qaldırmaq lazımdır.
Səbəbləri:
Depressiv pozğunluqlar istənilən yaşda, istənilən sosial qruplarda ola bilər. Bu, müasir cəmiyyətdə insana olan təzyiqdən irəli gəlir. Əksər insanlar sosial üstünlüyə, peşə uğurlarına, xarici gözəlliyə can atırlar. Bunlara nail olmadıqda insan ruhdan düşür, hər bir uğursuzluq onları sıxır, buna görə onlarda depressiya inkişaf edir. Ağır psixoloji travmalar, yaxın adamın ölümü, ailənin dağılması, sevimli insanla münasıbətin kəsilməsi, ağır xəstəlik olan depressiyaya səbəb ola bilər.
Nadir hallarda depressiya səbəbsiz olur. Alimlər belə hesab edir ki, neyrokimyəvi proseslər, neyromediatorların ( serotonin, noradrenalin) mübadiləsi rol oynayır.
Simptomları:
Depressiyanın emosional təzahürləri çox müxtəlifdır. Bunlara həyəcan, qorxu, özünəqiymətləndirmənin aşağı düşməsi aiddir. Depressiyaya düçar olan insan daima yorğunluq, kədər hissi keçirir. Belə insan ətrafdakəlara qarşı laqeyd olur, əvvəllər onları maraqlandıran şeylərə qarşı biganə qalır.
Xəstələrin davranışında da pozğunluqlar olur. İnsan məqsədyönlü hərəkət etmədikdə, diqqətini cəmləmədikdə depressiyadan şübhələnmək olar. Təbiətcə ünsiyyətcil insan depressiyaya düşdükdə dostlardan qaçır, özünə qapanır. Belə insan çox vaxt alkohol, narkotik maddələrə aludə olur.
Onların düşüncə tərzi də fərqli olur. Belə insan özü haqqında neqativ olur, həyatın yalnız mənfi tərəflərini görür, özünü lazımsız, başqalarına ağır yük kimi hesab edir, müstəqil olaraq bir qərara gəlməkdə çətinlik çəkirlər. Bunlarda fizioloyi əlamətlərdə qeyd olunur. Yuxu rejimi pozulur, yuxusuzluq yaranır. İştaha tamamilə itə və ya arta bilər. Xəstələr ürək, mədə nahiyəsində ağrı, qəbizlikdən şikayətlənirlər. Orqanizmin enerji ehtiyatı tükənir, kiçik fiziki və əqli işlərdə belə tez yorulurlar.
Ağırlaşmaları:
Alkoqolizm və narkomaniyaya gətirib çıxara bilər. Depressiyalarda insanlar özlərinə sui-qəsd edə bilərlər.
Siz nə edə bilərsiniz:
Əgər görürsünüz ki, yaxın adam özünü çox tənqid edirsə həkimlə məsləhətləşin. Əgər depressiya diaqnozu qoyulbsa ona kömək etmək, onu ruhlandırmaq lazımdır.
Həkim nə edə bilər:
Müalicə olunmadıqda depressiya uzun müddət çəkə bilər. Həkim tərəfindən antidepressantlar və psixoterapiya təyin olunur.
Profilaktikası:
Depressiyaya düşməmək üçün sağlam həyat tərzi keçirmək, düzgün iş və istirahət rejimi təşkil etmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Depressiya" haqqında müzakirə