Qoz mürəbbəsinin hazırlanması
Lazım olanlar:
1 kq qoz
şərbət üçün
1,5 kq şəkər tozu
1,5 stəkan su
1 az limon duzu
mixək, hil
Tam yetişməmiş orta ölçüdə qozlar soyulub, çəngəllə deşilir. 1 saat soyuq suda saxlanılır, suyu atılır. 21 gün müddətində əhəngli suda saxlanılır, gündə bir neçə dəfə əhəngli suda olan qozlar qarışdırılır. 21 gün sonra qozlar əhəngdən çıxarılır, bol su ilə çoxlu-çoxlu yuyulur. Qozların yuyulduğu su durulduqdan sonra suyu süzülür. Qaynar suda əvvəlcə 20 dəqiqə, sonra 15 dəqiqə qaynadılır. Bu üsulla qozların qaynadığı su ağarana qədər bir neçə dəfə qaynadılır. Bu proses təxminən 7-8 dəfə təkrarlanır. Hər dəfə qaynadıqdan sonra qozlar tiyandan kəfgirlə çıxarılır, başqa qaynar suya salınır. Sonra 1 kq qoza, 1,5 kq olmaq şərti ilə şəkər tozu şərbəti hazırlanır və qozlar 5 dəqiqə qaynadılıb götürülür.
NUŞ OLSUN!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Göbələkli plov
29 yanvar 2017
Ağardıcı üz maskaları
15 yanvar 2017
Daşamaplov
15 yanvar 2017
Palıd qozası
27 dekabr 2016
Zəncəfilli şərbət.
28 yanvar 2017
Portağal sukatının hazırlanması
15 yanvar 2017
Toyuqlu saray plovu
14 yanvar 2017
Hər dərdə çarə - Türkəçarə
22 yanvar 2017
"Qoz mürəbbəsinin hazırlanması" haqqında müzakirə