Miokard infarktı zamanı lazım olan müalicə metodları

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 228
  • 0 rəy

Miokard infarktı zamanı lazım olan müalicə metodları.
1. Ağrının aradan götürülməsi.
Miokard infarktında ağrı sindromunu aradan götürmək üçün ən effekti metod neyroleptik dərmanlardır. Ağrı zamanı vena və ya əzələ daxilinə droperidol yeridilir. Davamlı ağrılar zamanı ağrıkəsicilərdən təkrar istifadə edilir. Bundan başqa lazım gəldikdə xəstəyə fentail, morfin, omnopon və promedol da vurulur.
2. Trombolotok terapiya.
Miokardın nekroz sahəsinə reperfuziya məqsədi ilə yönəldilir. Trombolotik terapiyanın daha tez başlanması çox effektlidir. Ən yaxşısı 12 saatdan gec olmayaraq başlamaqdır. Bu müalicə gecikdikdə miokardın uğurlu reperfuziyasına ümid qalmır. Trombolitik müalicəni vaxtında başlamağa əks-göstəriş:
– insult
– mədə-bağırsaq qanaxması
– aortanın laylı anevrizması
– 3 həftə ərzində cərrahi müdaxilə.
Trombolitik müalicə zamanı steptokinaza, urokinaza, alteplaza kimi dərmanlardan istifadə edilir. Steptokinaza ilə müalicə aparıldıqda heparin işlənmir. Heparin steptokinazadan istifadə edilmədikdə gün ərzində 2 dəfə dəri altına yeridilir.
3. Asetilsalisilat turşusu və antikoaqlyatlarla müalicə.
Asetilsalisilat turşusu miokard infarktı keçirmiş xəstələrə xəstəliyin ilk günlərindən təyin olunur. Doza həkim tərəfindən təyin edilir. İlk dəfə xəstəyə asetilsalisilat verildikdə onun çeynəməsi, sonra isə təyin olunmuş dozada dərman şəklində qəbul edilməsi tapşırılır.
4. Miokardın yükünün azaldılması.
Q dişciyi olan miokard infarktı xəstələrinə ilk gündən nitroqliserin təyin edilir. Q dişciyi olmayan xəstələrdə isə miokard infarktı zamanı heparin, nitrat və beta-adrenoblakatorlardan istifadə təyin edilir.
5. Aritmiya.
Kəskin miokard infarktı zamanı xəstəliyin ilk günlərindən həyat üçün təhlükəli olan aritmiyaların qarşısı alınır. Bu məqsədlə xəstəyə həkimin təyin etdiyi dozada aritmiya əlehinə dərman vastitələri təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Miokard infarktı zamanı lazım olan müalicə metodları" haqqında müzakirə