Miokard infarktının tromboembolik ağırlaşması

  • Müəllif: redaktr
  • Tarix: 18 fevral 2017
  • Baxış sayı: 2 337
  • 0 rəy

Miokard infarktının tromboembolik ağırlaşması
Sol mədəcik boşluğunun divarönü trombozunun rastgəlmə tezliyi miokard infarktı xəstələrinin 20%-ini təşkil edir.Sistem emboliyasının üzə çıxması özünü aşağıdakı xəstəliklərlə biruzə verir:
- beyin insultu
- ərtafların işemiyası
- böyrəklərin infarktı
- bağırsaqların infarktı
Əsasən sistem emboliyası miokard infarktının birinci 10 günü müddətində inkişaf edir.Tromboemboliyanın kliniki əlamətlərinin üzə çıxması zədənin sahəsindən və həcmindən asılıdır.Baş-beyin tromboemboliyası özünü nevroloji əlamətlərlə biruzə verir.Ətrafların işemiyası özünü ağrı,soyuqluq,magestral damarın tromboembolik çökməsi ilə göstərir.Bu zaman trombun damarı tutduğu nahiyədən aşağıda nəbz hiss olunmur.
Böyrək infarktı zamanı beldə ağrı və hemoturiya,bağırsaq infarktı zamanı isə çox zaman qarında ağrı və diareya baş verir.
Xəstəliyə diaqnoz qoymaq üçün baş-beyinin tomoqrafiyası aparılır və xəstəyə qandurulducular təyin edilir.
Aşağı ətrafların dərin venasının trombozu miokard infarktının ağırlaşması sayılır.Onun müalicəsi üçün heparindən istifadə olunur.
Tromboembolik ağırlaşmanın müalicə intensivliyi onun lokalizasiyasından,müvafiq yerdə qan dövranının pozulmasının dərəcəsindən,tromboemboliyanın meydana çıxmasının müddətindən,inkişaf edən hemodinamikanın ağırlığından asılıdır.
Miokard infarktı zamanı ən təhlükəli tromb ağırlaşması ağ ciyərlərdə baş verən tromboemboliyadır.
Tromboemboliya zamanı tromb əleyhinə qandurulduculardan,oksigenoterapiyadan,ağrıkəsicilərdən,iltihab əleyhinə preparatlardan və xəstəliyə qarşı müalicə metodlarından istifadə edilir.Bəzi hallarda trombolotoklərin birbaşa tromb tutan arteriyaya yeridilməsi məqsədəuyğun sayılır.Lazım gələrsə cərrahi müdaxilə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Miokard infarktının tromboembolik ağırlaşması" haqqında müzakirə