Miokard infaktında mədəcik taxikardiyası

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 544
  • 0 rəy

Miokard infaktında mədəcik taxikardiyası.
Miokard infarktlı xəstələrdə 5 və ya daha çox kompleksdən ibarət, qəflətən baş verən mədəcik taxikardiyası, davamlı və 30 saniyədəın çox çəkən paroksizm qeydə almaq olur. Belə xəstələrdə monomoprf və polimrf taxikardiya da müşahidə edilir.
Mədəcik taxikardiyası miokard infarktının birinci 48 saatında meydana çıxır.
Gec saatlarda mədəcik taxikardiyasının əlamətlərinin başlaması, həmçinin 170 vurğudan az olmayan paroksizmal monomorf mədəcik taxikardiyası digər aritmik substrat haqqında və miokardın köhnə nekroz ocağı haqqında fikirləşməyə əsas verir.
Əgər mədəcik taxikardiyası hemodinamik pozğunluqla müşahidə edilirsə, ürək ritmini bərpa etmək üçün elektrik və formokoloji vasitələrdən istifadə olunur.
Hissəvi mədəcik ekstrasistoliyası və göz qırpımında baş verən mədəcik taxikardiyası aradan götürülmüş xəstəyə amidaron təyin edilir. Amidaron həkimin göstərişi ilə təyin edilir və vena daxilinə 6 saat boyunca damcı üsulu ilə köçürülür.
Polimorf mədəcik taxikardiyasına miokard infarktlı xəstələrdə az rast gəlinir. Müasir tibbdə mədəcik taxikardiyasının aşağıdakı növləri ayırd edilir:
– mədəcik ekstrasistoliyası
– cüt ekstrasistoliya
– qısa paroksizmal eksrasistoliyası
Mədəcik taxikardiyası olan miokrd infarktlı xəstələrə antiaritmik preparatlar göstəriş sayılmır. Buna görə də belə xəstələrə miokardın sağlamlığını geri qaytarmağa çalışmaq, tromb əleyhinə preparatlardan, beta-adrenoblakatorlardan istifadə etmək lazım gəlir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Miokard infaktında mədəcik taxikardiyası" haqqında müzakirə