miokard infarktında psixozlar

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 115
  • 0 rəy

MİOKARD İNFARKTINDA PSİXOZLAR
Miokard infarktı keçirən xəstələrin çoxunda nevrotik və nevrozabənzər dəyişikliklərə rast gəlinir.Psixi patologiya xəstəliyin kliniki gedişini ağırlaşdırır və müalicə prosesini mürəkkəbləşdirir.Müəyyən olunmuşdur ki, depressiya halında olan xəstələrdə miokard infarktının ilk 6 ayı ərzində ölüm riski 3-4 dəfə artır.
Miokard infarktında formalaşan psixi patologiyaları 2 kateqoriyaya ayırmaq olar.
1.somatogen ( ekzogen tipli reyaksiya)
2.nozogen ( psixogen reyaksiyalar)
Bu reyaksiyalar normal və patoloji olmaqla 2 yerə ayrılırlar.Xəstələrin reyaksiyaları aaşağıdakı halda normal qiymətləndirilir:
-xəstənən davranışı ,onun həyəcanı və xəstəlik haqqında təsəvvürü miokard infarktı xəstəliyinin ağırlrğı və fəsadları barədə həkimin verdiyi məlumatlara uyğundur;
-xəstə həkimin məsləhət bildiyi rejimə riayət edir;
-xəstə özünün emosiyalarına nəzarət edə bilir;
Patoloji reyaksiyalar zamanı isə xəstələr daima qəfləti ölüm qorxusu ilə yaşayırlar.Təqribən xəstələrin 30% -ində depressiv reyaksiyalar olur.Xəstənin əhval – ruhiyyəsi pozulur,onların xəstəliyin xoş gedişinə inamları olmur,Belə xəstələr daima daxili gərginlik içində olurlar.
Az hallarda isə xəstələrdə ipoxondrik və isterik reyaksiyalar olur.
Miokard infarktının kəskin dövrünün ən qorxulu ağırlaşmalarından biri psixozlardır.Psixozlar adətən xəstəliyin birinci həftəsində müşayət olunur.Psixozların yaranma səbəbi miokardda nekrotik ocaqlardan toksiki maddələrin dağılması, ürək fəaliyyətinin pozulması nəticəsində əmələ gələn serebral hemodinamikanın pisləşməsi və hipoksemiyadır.
Psixoz adatən axşam saatlarında və gecələr baş verir.Bu xəstələr kardiotrop dərmanlar qəbul etdiklərinə görə psixotrop dərmanların qəbulu müalicənin gedişində çətinləşmələr törədir Ona görə də müalicənin təhlükəsizliyini nəzərə alaraq psixotrop dərmanları təyin edərkən diqqətli olmaq lazımdır.Bu zaman aşağıdakı tövsiyələrə əməl olunmalıdır:
1 .Dərmanlar kiçik dozada verilməlidir.
2Müalicının gedişində neyroleptik dərmanlar trankvilizatorlarla əvəz edilməlidir.
3.Ağır somatık patologiyalarda somatotrop dərmanlar təyin olunmalıdır.
4. Həm kardiotrop, həm də psixotrop dərmanlara üstünlük verilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"miokard infarktında psixozlar" haqqında müzakirə