
Raxit
XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ:
Xəstəliyin əlamətləri körpənin 2-3 aylığından özünü göstərməyə başlayır. Bu əlamətləri ana özü hiss edə bilir. Belə ki, uşaq həddindən çox tərləməyə başlayır. Tərləmə o qədar çox olur ki, ana hər dəfə uşağın yastığına baxanda yastıqda tər izləri görür. Uşaq başının arxa hissəsini yastığa tez-tez sürtdüyünə görə həmin hissənən tükləri tökülür. Müalicə vaxtında olunmazsa uşağı ümumi vəziyyətində ağırlaşmlar baş verir. Uşaq pis yemək yeyir, dərialtı piy toxumasının fəaliyyəti tamamilə azalır, dərisi solğunlaşır. Xəstə uşağın dərisində vena damarları qabarıq nəzərə çarpır, uşaq meteorizmdən əziyyət çəkir, əsəbi olur, hər şeydən səksənir. Körpənin xarici əlamətlərində də gözlə görünə bilinəcək dəyişikliklər baş verir. Onun başının ölçüsü böyüyür, alın sümükləri qabağa çıxır, gözləri iriləşir, bərəlmiş bir vəziyyət alır. Uşaq gəzməyə başladıqda ayağını yerəbasma tərzinə uyğun olaraq ayaq sümükləri əyilir. Ayaqlar ya O, ya da X şəklini alır. Raxitin ayaqda əmələ gətirdiyi qüsurlardan biri də yasdıdabanlılıqdır. Belə uşaqlar çox çətinliklə yeriyirlər, onlar tez-tez yıxılırlar. Onların onurğa sütunu zərər görür, dişəri isə gec çıxır, qarınları böyük olur, bağırsaqları yaxşı işləmir. Belə uşaqlar ağciyər xəstəliklərinə və vərəmə daha tez yoluxurlar.
MÜALİCƏSİ:
Xəstəlik nə qədər erkən aşkar edilərsə, müalicəsi bir o qədər tez təsir edər. Xəstəliyin müalicəsi onun etiologiyasından və dərəcəsindən asılıdır. Xəstəyə bol vitaminlərlə zəngin qida və Günəş şüaları altında gəzinti məsləhət görülür. Qidalar orqanizmə yaxşı həzm olsun deyə bağırsağın fəaliyyətini yaxşılaşdıran müalicə təyin olunur.
PROFİLAKTİKASI:
Ana hamiləliyin son aylarında və uşaqəmizdirmə dövründə profilaktika məqsədilə D vitamini qəbul etməlidir. Süni qida ilə qidalanan uşağa həyatının ilk aylarında həkimin məsləhəti ilə vitamin D verilməlidir. Pediatrın məsləhəti ilə körpəyə vaxtında verilən D2 vitamini və balıq yağının bu xəstəliyin əmələ gəlməməsində oynadığı rol əvəzolunmazdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Raxit" haqqında müzakirə