Təbii vitaminləri haradan almalı?
Vitaminlər sağlam həyat tərzi sürmək üçün orqanizmin ehtiyac duyduğu bir şeydir. Latınca” vita” həyat deməkdir.
Vitaminlər 2 qrupa bölünür:
– yağda həll olan vitaminlər (A, D, E və K vitamini)
– suda həll olan vitaminlər (B qrup vitaminlər və C vitamini).
A vitamini orqanizmi infeksiyalardan qoruyur, normal inkişafa səbəb olur, sümük, dişlər və görmə qabiliyyətinin yaxşı olması üçün vacıbdir.
A vitamini ən çox qaysıda, cəfəridə, ispanaqda, yerköküdə, portağalda, pomidorda, kahıda olur.
D vitamini bağırsaqlardan kalsiumun sorulmasına yardımçı olur.
D vitamini balıq və balıq yağında, yumurta, kərə yağı və ətdə olur. Ən təbii yolla D vitaminini Günəş şüalarından almaq olar.
E vitamini antioksidant təsirə malikdir. İmmuniteti artırır, yaddaşı möhkəmləndirir. E vitamini ən çox buğdada, paxlalı bitkilərdə, soya yağında, arı südündə, qozda, kərəvizdə, cəfəridə, kələmdə, qarğıdalı yağında olur.
B1 vitamini sümük və sinir sisteminin möhkəmlənməsinə yardımçı olur. B1 vitamini buğdada, buğda kəpəyində, təzə meyvələrdə, qoyun ətində, balıq ətində, yumurtada, süddə olur.
B2 vitamini çaışmazlığında dildə qızartı, yanma hissi, ağız çevrəsi və dodaqlarda qızarma, çatlar, gözlərdə qaşıntı, saçların tökülməsi kimi potologiyalara səbəb olur.
B2 vitamini ən çox qaraciyər, böyrək, buğda unu, kartof, süd, yumurta, pendir, yaşıl tərəvəzlər, fındıq, fıstıq və yerköküdə daha çox olur.
B3 vitamini çatışmazlığı podaqraya səbəb olur. B3 ən çox buğda kəpəyində, fıstıqda, mal ətində, portağalda, paxlalı bitkilərdə, yumurta və s. olur.
B5 vitamininin çatışmazlığı əllərdə titrəməyə, ürəkdə döyüntülərə səbəb olur. Ən çox qara ciyərdə, mal ətində, toyuqda, çörəkdə olur.
B6 vitamini sinir sistemi və hormonların normal fəaliyyəti üçün orqanizmə lazım olan ən faydalı vitaminlərdəndir. Çatışmazlığı baş ağrısına, qan azlığına, dəridə quruluğa, yuxusuzluğa, görmə problemlərinə səbəb olur.
B12 vitamini siqaret və qida tosikozlarını orqanizmdən təmizləyir. Çatışmazlığında dildə qıcıqlanma, əl və ayaqlarda uyuşma, yanma və neyrodermit əlamətləri meydana çıxır. B12 vitamini ən çox qaraciyərdə, ürək, böyrək, mal əti, süd, pendir, yumurta və meyvə-tərəvəzlərdə olur.
C vitamini orqanizmin immun sistemini möhkəmləndirir, yaraların sağalmasına səbəb olur, damarların divarının möhkəmlənməsinə səbəb olur. Çatışmazlığında diş əti qanaxmaları, diş əti çəkilmələri baş verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Təbii vitaminləri haradan almalı?" haqqında müzakirə