Orqanizmdə maqnezium çatışmazlığı

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 462
  • 0 rəy

Orqanizmdə maqnezium çatışmazlığı.
İnsan orqanizmində maqnezium çatışmazlığı torpaqda olan maqniezium çatışmazlığı ilə əlaqədardır. Maqnezium əsasən sümüklərdə olur. Onun əsas işi qan və sümük sisteminin sağlam fəaliyyət göstərməsinə yardımçı olmaqdan ibarətdir. Maqnezium hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Sümüklərin möhkəmliyinin təmin olunmasında, protein sintezində, enzimlərin sağlam şəkildə fəaliyyət göstərməsində maqneziumun rolu böyükdür.
Maqnezium çatışmazlığına vaxtlı-vaxtında normal qidalanmamaq, təbii qidalarla qidalanmamaq, tərkibində az miqdar maqnezium olan suların içilməsi, fiziki və psixoloji stress, çox miqdar duz qəbulu səbəb olur.
Maqnezium çatışmazlığı ürəkdə ritm pozğunluğu, xroniki yorğunluq, atrerial təzyiq, sümüklərdə ağrılar, qəbizlik, baş ağrıları, sümük əriməsi, Parkinson xəstəliyinə səbəb ola bilir.
Bu xəstəliklərin baş verməməsi üçün tərkibində maqnezium çox olan qidalarla qidalanmaq lazımdır. Maqnezium aşağıdakı qidaların tərkibində daha çox olur.
* tünd yaşıl tərəvəzlər
* taxıl
* soğan
* pomidor
* kərəviz
* yer kökü
* xurma
* qırmızı turp
* kakao
* banan
* cod su.
Maqnezium sinir sistemi üçün anti-stres dərman sayılır. Bu mineral orqanizmdə vitamin C, kalsium, fosfor və digər bəzi həyat əhəmiyyətli maddələrin orqanizmdən sorulması üçün lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Orqanizmdə maqnezium çatışmazlığı" haqqında müzakirə