Yaddaşsızlığın dərmanı vitamin "D"
- Müəllif: elnare
- Tarix: 13 dekabr 2019
- Baxış sayı: 1 531
- 0 rəy
Vitamin D bədənimizdə bir neçə vacib funksiyanı yerinə yetirir: dişləri və sümükləri gücləndirir, həmçinin xərçəng, ürək-damar və nevroloji xəstəliklərdən qoruyur. Bir çox insan D vitamininin bədənimizdə yalnız günəş şüalarının təsiri altında meydana gəldiyini düşünür. Lakin bir çox qidaların tərkibində zəngin d vitamini olur.D vitamini çatışmazlığı olan insanlarda orta yaş həddini keçdikdən sonra yaddaş pozğunluqları və alzeymerə yaxalanma riski 53 faizədək artır.Aparılan tədqiqatda Alzeymer xəstələri və sağlam könüllülər iştirak etmişdir. Qan nümunələrinin araşdırılması zamanı alzeymer xəstəliyinin müalicəsi üçün dərman qəbul etməyən xəstələrdə D vitamininin çox olmadığını görmək mümkündür. Lakin alzeymer xəstəliyini müalicə etmək üçün dərman qəbul edən xəstələrdə D vitamini daha yüksək səviyyədə idi. Alzeymer xəstəliyini erkən mərhələlərdə müalicə etmək üçün istifadə olunan dərmanlar , D vitamininin bağırsaqdan qana sovrulmasını aktivləşdirir. Beləliklə, buradan belə bir nəticəyə gəlmək olarkı, xüsusi bir pəhriz və ya D vitamini ilə əlavələrin xəstələrə kömək edə biləcəyi mümkündür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yaddaşsızlığın dərmanı vitamin "D"" haqqında müzakirə