Günəş şüalarının faydaları və zərərləri

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 3 270
  • 0 rəy

Günəş şüalarının faydaları

Günəş şüalarından az miqdarda və doğru zamanlarda istifadə etsəniz  görmə organınızda (gözlərdə) günəş şüalarından çox müsbət təsir ortaya çıxar. Günəş şüaları depressiyanın qarşısını alır

Günəş şüalarının psixologiyaya yaxşı təsir etdiyi və depressiyaya qarşı da faydalı olduğu sübut edilmişdir. Günəş şüaları D vitamini səviyyəsini artırır. Bədənimiz üçün son dərəcə əhəmiyyətli olan D vitaminini qida ilə almaq çox çətindir. Ya dərman preparatıyla alınır ya da günəşdən. Ən sağlıqlı olanı günəşdən alınan D vitaminidir. Gündəlik olaraq səhər saatlarında saat 10-a qədər və 16:00-dan sonra olan günəş işığında 15-20 dəqiqəlik ovuc içlərini günəşə doğru tutsanız bədəninizin yetəri qədər D vitamini ilə təmin etmiş olacaqsınız. D vitamini uşaqların böyüməsi üçün olduqca təsirli bir vitamindir. Yalnız uşaq deyil, böyüklər üçün də son dərəcə əhəmiyyətlidir. Sümük zədələnmələri və formalaşması üçün olduqca əhəmiyyətlidir.

Günəş şüalarının zərərləri.
Təəssüf ki, yanlış zamanda və səhv şəkildə istifadə edilən günəş şüaları ölümcül nəticələr yarada bilir. Sıx görülən dəri xərçənginin ən böyük səbəblərindən biri günəş şüalarıdır. Bu dərhal özünü göstərməz, amma illər keçdikcə dəri problemi meydana gələr və müəyyən bir zaman sonra bu vəziyyət dəri xərçənginə çevrilər. Çox insan solyarinin daha “günahsız” olduğunu düşünür. Lakin solyari üzündən dəri xərçəngi olan insan sayı, normal günəş şüalarından dəri xərçənginə tutulan insan sayı qədərdir. Yəni ikisi arasında heç bir fərq yoxdur, solyari də son dərəcə təhlükəli və dəri xərçənginin yaranmasına səbəb olan bir faktordur.

Yanlış günəş vannası qəbul etmək bədəndə qalıcı günəş ləkələri meydana gəlməsinə səbəb ola bilər. Günəş ləkələrinin səbəbi də bədənin günəş qarşısında çox müdafiəsiz qalması deməkdir.
Günəş erkən yaşlanmanın ən mühüm səbəbidir. Xüsusilə üz günəş şüalarına qarşı çox müdafiəsizdir. Hər zaman üzünüzü günəş şüalarından qorumalısınız.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Günəş şüalarının faydaları və zərərləri" haqqında müzakirə