Azərbaycan kulinariyasında işlənən dadlandırıcılar

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 1 907
  • 0 rəy

Azərbaycan kulinariyasında işlənən dadlandırıcılar.
Xörəyin dadını, rəngini və ətrini dəyişdirmək üçün Azərbaycan kulinariyasında müxtəlif məhsullardan istifadə edirlər. Bunlardan ən çox işlənəni aşağıdakılardır:
Abqora – kal üzümün sızılmış suyundan hazırlanır. Müxtəlif cür xəmir xörəklərinə və kalorili xörəklərdə dadlandırıcı kimi istifadə edilir.
Albuxara – girdə, çəyirdəkli, açıq sarı, meyxoş təmli meyvədir. Albuxara bağ gavalısının bir növüdür. Azərbaycan kulinariyasında ət xörəklərində istifadə edilir.
Alça – növündən asılı olmayaraq qurudulmuşu, xörəklərə turşməzə dad vermək üçün istifadə edilir.
Sumax – Azərbaycanın cənub bölgəsində yabanı və mədəni şəkildə bitən kol meyvəsinin bitkisidir. Quru və üyüdülmüş halda istifadə edilir. Ən çox kabablara dadlandırıcı kimi vurulur.
Nar – kulinariyada həm dənələrindən, həm də suyundan istifadə edilir. Sıxılmış suyu ağır yeməklərin yanında, sousu isə balıqla birlikdə süfrəyə verilir.
Zoğal – Azərbaycan xörəklərinə turş dad vermək üçün işlədilir. Sousu balıq yeməklərinin yanında istifadə edilir.
Ərik qurusu – kulinariyada iri və şirin əriyin qurusundan istifadə edilir. Plovlarda, salatlarda istifadə edilir.
Lavaşana – alça, sumax, zoğal və sair meyvələrin şirəsindən hazırlanır. Həmin meyvələrin şirəsi nazik lavaş şəklində qurudulur, qutab və xəmir xörəklərində istifadə edilir.
Limon duzu – qoxusuz turşu olduğuna görə bəzi xörəklərə sirkə əvəzinə vurulur. Kompotlarda, mürəbbələrdə və unlu şirniyyatlarda işlənir.
Narşərab – qaynadılmış nar şirəsidir. Turşaşirin dad verir, şərq kulinariyasında ət və balıq xörəklərinin hazırlanmasında istifadə edilir.
Sirkə – bir çox xörək və qəlyanaltılar üçün əvəzedilməz təmli məhsuldur. Sirkə yeməyə tökülməzdən əvvəl suya qatılmalıdır. Uşaqların yediyi yeməklərə sirkə əlavə etmək düzgün hesab edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Azərbaycan kulinariyasında işlənən dadlandırıcılar" haqqında müzakirə