SİNİR SİSTEMİNİN SİFİLİSİ

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 404
  • 0 rəy

SİNİR SİSTEMİNİN SİFİLİSİ.
Sinir sisteminin sifilisi orqanizmin solğun spiroxetlərlə yoluxması nəticəsində baş verir. Sinir sisteminin sifilis xəstəliyinə 10% hallarda rast gəlinir. Müasir dövrdə sinir sistemini sifilisi nadir xəstəlik olub, atipik gedişli, az əlamətli gedişə malik olur. Xəstəliyin 2 forması ayırd edilir.
– erkən forma
– gecikmiş siflis
Erkən forma xəstəliyin gedişini və patomorfoloji xüsusiyyətlərini əks etdirir. Kliniki təzahürləri yoluxmadan sonra ilk 2-3 il ərzində baş verir və qişaların zədələnməsi ilə səciyyələnir.
Xəstəlik zamanı beynin yumşaq qişasında diffuz essudativ və proliferativ iltihab əlamətləri müəyyən olunur. Beyin damarlarında damardaxili və damarətrafı iltihabi dəyişikliklər, intim qişanın hiperplaziyası qeyd edilir.
KLİNİKLASI: Xəstəlik baş ağrısı, qulaqlarda küy, baş gicəllənməsi, göz almalarının hərəkəti zamanı ağrılarla müşayiət olunan meningitlər şəklində özünü göstərir. Bəzən ümumi halsızlıq, zəiflik, yuxusuzluq, əsəbilik yaxud depressiya əlamətləri də görünür. Tempraturun yüksəlməsi fonunda baş gicəllənmə, qusma əlamətləri olur. Çox vaxt görmə sinirləri zədələnir. Sinir sisteminin sifilisinin əlamətləri artdıqca xəstələrdə afaziyalar, qıcolma tutmaları, hissiyyat pozulmaları baş verir.
Xəstəliyin qəfil başlaması, kəskin gedişi, çanaq pozulmaları, bel-büzdüm səviyyəsinin zədələnmələri, ağrı sidromu ilə xarakterizə olunur.
DİAQNOZU: Diaqnoz onurğa beyin mayesindəki dəyişikliklərə əsasən qoyulur.
MÜALİCƏSİ: Simptomatik müalicə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"SİNİR SİSTEMİNİN SİFİLİSİ" haqqında müzakirə