Cinsiyyət üzvlərinin aşağı şöbəsinin septiki iltihabi xəstəlikləri
Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri arasında rast gəlmə tezliyinə görə birinci yerdə durur.
İltihabi proseslər xəstənin əmək qabiliyyətini aşağı salır, bəzən isə ağırlaşaraq həyati təhlükə yarada bilir. İltihabi proseslər qadınlarda aybaşı pozulmaları, sonsuzluq kimi patologiyalara səbəb ola bilir.
İltihabi xəstəliklərin əmələ gəlməsinin əsas səbəbi infeksiya törədiciləridir. Bəzi hallarda isə termik, kimyəvi, fiziki və digər faktorlar da qadın cinsiyyət orqanlarnın iltihabi xəstəliklərini əmələ gətirə bilir.
İltihabi xəstəliklərin əmələ gəlməsinə səbəb olan mikroblardan ən çox aşağıdakıları misal göstərmək olar:
– stafilokokk
– vərəm mikrobakteriyaları
– bir neçə törədici birdən
– trixomonadlar.
Xəstəlik irəlilədikcə iltihab yerləşdiyi toxumalarda müxtəlif zədələnmələrin əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstələrdə anemiya, leykositoz müşahidə edilir.
Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri mikrob törədicisi ilə orqanizmin qarşılıqlı əlaqəsi fonunda inkişaf edir. Yəni xəstəliyin gedişi onu əmələ gətirən faktorun dərəcəsindən və orqanizmin müqavimətindən asılıdır. Xəstənin yaşı, onun ümuni halı, yanaşı xəstəliklərin olması da iltihabi prosesin inkişafına təkan verir.
İltihabi proses kəskin, yarımkəskin və xroniki gedişə malik olur. Xəstəliyin sağalması müalicənin nəticəsindən asılı olaraq dəyişir.
Qadın cinsiyyət orqanlarının iltihabi xəstəlikləri xəstələrdə ümumi halsızlıq, əmək qabiliyyətinin azalması, cinsiyyət üzvündən axıtı, qızdırma əlamətləri ilə özünü biruzə verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Cinsiyyət üzvlərinin aşağı şöbəsinin septiki iltihabi xəstəlikləri" haqqında müzakirə