Bulimiya

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 1 531
  • 0 rəy

Bulimiya
Bu xəstəliyə düçar olan insanlar stress vəziyyətlərə qarşı öz reaksiyalarını çoxlu qida qəbulu ilə göstərirlər.
Ümumi məlumat.
Bulimiyaya səbəb müxtəlif neqativ hallar, məsələn: uğursuzluq, cəmiyyət tərəfindən qəbul edilməməsi, tənhalıq, qəzəb və ya əksinə işdə uğur, nəinsə bayram edilməsi və s. ola bilər. Belə insanlar öz narahatlıqlarını yüngülləşdirmək üçün dayanmadan yemək qəbul edir, qidanı diri udur, çeynəmir. Piylənmənin qarşısını almaqdan ötrü sünı olaraq qusma yaradırlar, işlətmə və ya sidikqovucu dərmanlar qəbul edirlər. Onlar mağazalarda xırda oğurluqlara əl ata bilərlər.
Səbəbləri:
-stress
-özünü qiymətləndirməmək
-baş beyində kimyəvi maddələr və hormonların disbalansı
-irsiyyət
Simptomları:
-qusma zamanı diş ətində problemlər, diş emalının dağılması
-susuzlaşma
-barmaqları boğaza qoyub qusma yaratması ilə əlaqədar bir və ya iki barmaqda sıyrıntıların olması
-elektrolitlərin disbalansı qıcolmaya səbəb olur
-bağırsaqlarım müxtəlif pozğunluqları ( işlətmə dərmanlarının çox miqdar işlədilməsi nəticəsində)
-qara ciyər, böyrək pozğunluqları
-aybaşı siklinin pozulmaları
-ürək xəstəlikləri
Siz nə edə bilərsiniz:
Mütləq həkimə müraciət etmək lazımdır. Xəstənin vəziyyətinə nəzarər etmək lazımdır. Belə ki, xəstəlik ağır forma ala bilər.
Həkim nə edə bilər:
Həkim xəstəlik tarixini öyrənir. Xəstələrə xüsusi pəhriz, idman məşğələləri, antidepressantlar təyin edilir. Psixoterapiya seansları yaxşı effekt verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bulimiya" haqqında müzakirə