Uğur daşı

  • Müəllif: elnare
  • Tarix: 4 yanvar 2017
  • Baxış sayı: 3 160
  • 0 rəy

Uğur qazanmaq istəyirsənsə bu daşı daima üstündə gəzdir
İlk baxışda insana inandırıcı gəlməyə bilər. Amma  firuzə daşının uğur daşı olduğuna əsrlər boyu insanlar inanmışlar və qəbul etmişlər. Əslində nənə və babalarımız daşlarda şəfa olduğunu dəfələrlə sınamış, sonra istifadəsinə qərar vermişlər. Məsələn deyimlərə görə nefrit daşını böyrək xəstələri üstündə gəzdirsələr şəfa taparlar, zob xəstələrinin kəhraba qolbaq taxmalarında fayda var, əqiq daşı pul daşıdır və s. Hər bir qiymətli daşın insana öz təsir gücü vardır.
Qədimdə Osmanlı hökmdarları, dərzilərinə paltarlarının və papaqlarının üstünü firuzə daşı ilə bəzəməyi tapşırırlarmış. Firuzə daşı ilə nəinki Şərq, hətta Qərb ölkələrinində krallarının paltarları və tacları bəzənərmiş. Onlar üzərlərində firuzə daşı gəzdirdikləri zaman daima ölkərəki üçün uğur qazanacaqlarına inanarmışlar.
Firuzə daşı pozitiv bir daş olduğuna görə sahibinə həmişə uğur gətirir. Firuzə daşı dənizçilərin kəşf etdiyi bir daşdır. Dəniz mavisi rəngdə olan bu daş əsrlər boyu zinət əşyalarının bəzəyi olmuşdur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uğur daşı" haqqında müzakirə