Leykozun diaqnostik axtarışında mərhələlər

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 1 894
  • 0 rəy

 Leykozun diaqnostik axtarışında mərhələlər
Leykozun gedişində bir-neçə mərhələ ayırd edilir.Bu mərhələrlər vasitəsilə xəstəliyin əmələ gəlmə və ya başlama müddətini,onun diaqnoztikasını və artma sürətini təyin etmək mümkün olur.
Birinci mərhələ
Demək olar ki,xəstələr 50% hallarda gənc yaşlarında kəskin leykozla xəstələnirlər.Adətən bunlar fəal,enerjili,öz sağlamlıqlarına diqqət etməyə vərdiş etməmiş şəxslər olub,həkimə yalnız məcburi vəziyyətdə müraciət edirlər.Xəstəliyin kəskin başlaması angina,qrip,kəskin respirator virus xəstəlikləri formasında keçir.Bəzi xəstələrdə güclü intoksikasiya və qızdırmadan başqa,dispeptik pozğunluqlar müşayət edilir.Bu pozğunluqlar özünü qarında ağrı tutmaları şəklində biruzə verir.Adətən belə xəstəər tez-tez bağırsaq infeksiyasından əzab çəkdiklərini düşünüb həkimə müraciət edirlər.
10% leykoz xəstələrinin xəstəliyin ilkin mərhələsində qanaxmaları olur.Bu qanaxmalar burun,uşaqlıq,mədə-bağırsaqdan ola bilir.Xəstəliyin birinci mərhələsi artan zəiflik,tez yorulma,əzələ və oynaq ağrıları ilə xəstələri narahat edir.
İkinci mərhələ
Xəstəliyin ikinci mərhələsində yuxarıda sadalanan əlamətlərin daha da tezləşməsi və qabarması müşahidə edilir və xəstələrdə yeni əlamətlər üzə çıxır ki, bu da leykoz xəstəliyi üçün xarakterik sayılır.
1.Boyunun bir və ya hər iki tərəfində bərk konsistensiyalı,ağrısız limfotik düyünlərin əmələ gəlməsi.
2 Dalağın azacıq böyüməsi
3 Qara ciyərin böyüməsi
Leykoz xəstəliyinin diaqnostikasının ikinci mərhələsində xəstələrdə müxtəlif orqanlarda patologiyalar artmağa başlayır.Belə ki,leykoz xəstələrinin dərisində bərk,çəhrayı və ya açıq çəhrayı rəngdə çoxsaylı infiltiratlar aşkalanır ki, bunlara leykemidlər deyilir.
Leykozun ikinci mərhələsində xəstələrin ağ ciyərləri zədələnir,bronxial obstruksiya simptomları görünür.Belə xəstələrdə tənəfüsün ləngiməsi,nəfəsvermənin uzanması,quru xırıltılar müşahidə edilir.
Leykozun bu mərhələsində ürəyin sərhədləri genişlənir,taxikardiya başlayır.Həzm sistemi pozulmaqla yanaşı xəstələrin qarın nahiyəsində sancı şəkilli tutmaların sayı artır.
Leykozun ikinci mərhələsində xəstələrin mərkəzi sisnir sistemində patologiyalar ortaya çıxmağa başlayır ki, bu da özünü əzələlərin rigidliyi,Kerionq simptomu,kəllə sinirlərinin pozulması,əzələlərin tonusunun zəifləməsi şəklində biruzə verir.
Xəstələrdə anemik sindromdəri örtüyünün avazıması ilə müşayət olunur.
Üçüncü mərhələ
Bu mərhələyə diaqnozun qoyulması orqanizmdə gedən ağırlaşmaların dərəcəsininin azaldılmasından ibarətdir.Bu mərhələdə leykoz xəstələrinin 1kv.metr bədən səthinə saysız-hesabsız şiş hüceyrələri düşür.
Diaqnostikanın bu mərhələsinin təyini çox sadədir.Çünki xəstəliyin bu mərhələsi bütün orqanlarda ağırlaşmalar və orqan zədələnmləri ilə müşahidə edilir və əksər hallarda xəstələr yataq şəraitində olurlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Leykozun diaqnostik axtarışında mərhələlər" haqqında müzakirə