Hemolitik anemiyanın kliniki mənzərəsi

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 364
  • 0 rəy

Hemolitik anemiyanın kliniki mənzərəsi.
Xəstəliyin təzahürləri müxtəlifdir. Hemolitik anemiyanın əlamətləri aşağıdakılarla əlaqədardır:
1. Hemolizin inkişaf etməsindən.
2. Hansı patogenetik mexanizmin üstünlük təşkil etməsindən. 
3. Orqanlarda baş verən dəyişikliklərdən (qaraciyər və dalaq)
4. Hemolizin baş verdiyi yerdən.
5. Fon xəstəlikləri.
Xəstəliyin ilkin mərhələlərində müxtəlif səbəblər üzündən (travma, infeksiya) üzündən temperaturun yüksəlməsi, bel nahiyyəsində ağrılar, titrətmə və ondan sonra sarılıq əlamətləri özünü göstərir. Xəstəlik irəlilədikcə əlamətlər artır və yalnız remissiya zamanı əlamətlər azalır.
Hemolitik anemiya kəskinləşdikcə xəstələrin dalağında və qaraciyərində böyümə, ətrafların aşağı hissəsində, burunun ucunda və qulaqlarda göyərmələr baş verir.
Xəstəliyin kriz zamanı əlamətlər daha parlaq olur. Bu zaman xəstələrdə temperatur yüksəlir, sarılıq intensivləşir, barmaqlarda Reyno sindromu meydana çıxır.
Xəstəliyə diaqnozun qoyulmasında hemoliz simptomları və autoantigenlərin müəyyənləşdirilməsi əsasında qoyulur.
Müalicə kortikosteroid hormonlarla aparılır. Bu preparatlar həmişə hemolizi dayandırır və ya onu əhəmiyyətli dərəcədə azaldır. Hormonal müalicə hematoloji və histoloji nəzarət altında aparılır.
Xəstəliyin təyini kifayət qədər olmadıqda splenomeqaliya tətbiq edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hemolitik anemiyanın kliniki mənzərəsi" haqqında müzakirə