Böyrəyin sidikqovucu funksiyasının pozulması

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 7 967
  • 0 rəy

Böyrəyin sidikqovucu funksiyasının pozulması
Böyrəklər müxtəlif orqan və sistemlərlə sıx əlaqəli fəaliyyət göstərir. Buna görə orqanizmin müxtəlif funksional sistemlərinin (sinir, endokrin, ürək-damar) xəstəlikləri böyrəklərin də fəaliyyətinin pozulmasına səbəb olur.
Böyrəklərin sidikyaratma funksiyasının pozğunluqlarını 2 qrupa ayırırlar:
1. Böyrəklərlə əlaqədar olan xəstəliklər.
2. Böyrəklərlə əlaqədar olmayan xəstəliklər.
Sidikyaradıcı funksiyanın böyrəklərlə əlaqədar olan pozğunluqlarına aşağıdakılar aiddir:
* böyrəklərin infeksion mənşəli iltihabları
– pielonefrit
– ocaqlı nefrit
* böyrəklərin infeksion-allergik mənşəli xəstəlikləri
– diffuz qlomerulonefrit
* sidiyin xaric edilməsinə mane olan xəstəliklər
– sidik daşları
– sidik axarlarının sıxılması
* infeksion xəstəliklər və intoksikasioyalar
– qarın yatalağı
– sepsis
– vərəm
* zərərli maddələrin böyrəklərə təsiri
– ağır metal duzları
* böyrəklərin anadangəlmə anomaliyaları
– hipoplaziya
– polisistoz
* böyrək borucuqlarında olan ferment sistemlərinin anadangəlmə qüsurları
– Fankoni sindromu
* böyrəklərdə qan dövranının pozulması
Böyrəklərin sidikqovucu funksiyasının pozulmasına səbəb olan və böyrəklərlə əlaqədar olmayan xəstəliklərə hormonal sistemlərdə baş verən patologiyalar və allergik xəstəliklər aiddir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrəyin sidikqovucu funksiyasının pozulması" haqqında müzakirə