Kiçik böyrək - Hipoplaziya

  • Müəllif: redaktr
  • Tarix: 22 yanvar 2017
  • Baxış sayı: 8 475
  • 0 rəy

Kiçik böyrək - Hipoplaziya
Kiçik böyrək anadangəlmə böyrəyin ölçüsünün normadan kiçik olmasıdır. Xəstəliyin əmələ gəlməsinə nələrin səbəb olduğu tibb elminə hələ də aydınlaşmayıb.Amma,bəzi mütəxəssislər böyrəyin
kiçik olmasında inkişaf sintezinin pozulması olduğunu söyləyirlər.
Kiçik böyrək birtərəfli və iki tərəfli ola bilir.
Diaqnozu
Xəstəliyə diaqnozum qoyulmasında ultrasəslə müayinənin nəticələri kifayət edir.Böyrəklərin süzmə qabiliyyətini yoxlamaq üçün isə ultrasəslə bərabər uroqrafiya və radioizotop müayinələrin nəticələri vacibdir.
Kiçik böyrək nə deməkdir?
Kiçik böyrək anadangəlmə ölçüləri,kasacıqlarının sayı və böyrək ləyəninin ölçüsünün kiçik olması deməkdir.Normal halda boyrəklərdə 8 kasacıq olduğu halda kiçik böyrəklərdə bu rəqəm 6-ya bərabər olur.Kiçik böyrəyin parenximası və ləyəninin ölçüləri də normal böyrəklərin ölçülərindən az olur.Amma bu ölçülərin böyrək arteriyasına heç bir təsiri olmur.Belə ki,kiçik böyrəklərdə olan arteriyanın ölçüsü normal böyrəkdəki arterira damarının ölçüsünə bərabər olur.
Birtərəfli kiçik böyrək zamanı böyrək öz funksiyalarını yerinə yetirmədikdə digər böyrəkdə şişkinlik,hidronefroz,multikistoz displaziyalar baş verə bilir.
Anadangəlmə kiçik böyrəyi sonradan müxtəlif xəstəliklər üzündən kiçilmiş böyrəklərdən ayırmağı bacarmaq lazımdır.Bunun üçün həkim xəstənin anamnezinə diqqətlə qulaq asmalı və analizlərin nəticələrini düzgün qiymətləndirməyi bacarmalıdır.Belə ki,böyrəklərin ölçüsünün kiçilməsi bəzi böyrək xəstəliklərinin nəticəsi də ola bilir.Böyrəklər aşağıdakı xəstəliklər zamanı kiçilə bilir:
* pielonefrit
* böyrək çatışmazlığı
* nefrit
* böyrək arteriyasının stenozu
Müalicəsi
Kiçik böyrək xəstəliyi anadangəlmədirsə və böyrəklər öz funksiyasının müəyyən qədər və ya tam yerinə yetirirsə müalicəyə ehtiyac yoxdur.Əgər böyrəklər müxtəlif xəstəliklər səbəbindən ikincili olaraq kiçilibsə xəstəliyi əmələ gətirən amillərə qarşı müalicə metodlarından istifadə etmək lazımdır.Belə xəstələr dietaya əməl eləməli,sidiyin analizlərini vaxtaşırı yoxlatmalı və həkimin bütün göstərişlərini yerinə yetirməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kiçik böyrək - Hipoplaziya" haqqında müzakirə