Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı qanın laxtalanma sistemi

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 193
  • 0 rəy

Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı qanın laxtalanma sistemi.
Hemostazın pozulması hamiləlik vaxtı ilk növbədə aşağıdakı əlamətlərlə aşkarlanır:
– endotelin yayılmış zədələnməsi
– qanın laxtalanması
– toxuma hipoksiyası
– trombositlərin aktivləşməsi.
Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı trombositlərin aqreqasiyası artır, trombosit mənşəli maddələrin (tromboksan, tromboqlobilin) səviyyəsi yüksəlir. Bu zaman yayılmış damardaxili laxtalanma sidromu inkişaf edir. Xəstəliyin kliniki variantının gedişindən asılı olaraq qanın laxtalanma sistemi müxtəlif ağırlıq dərəcəsində olur və müxtəlif formada təzahür edir. Laborator müayinədə trombositopeniya, eritrositlərin fermentasiyası, fibrinolizin aktivləşməsi və fibrinogenin qan plazmasında deqradasiyası məhsullarının artması tipik sayılır. Hemostazın laborator göstəricilərinin dinamikada izlənməsi yayılmış damardaxili laxtalanmanın diaqnostikasını asanlaşdırır. Prosesin inkişaf etməsi nəticəsində yayılmış damardaxili laxtalanmanın klinik əlamətləri qeyd olunur. Bunlara aşağıdakılar aiddir:
– lokalizasiyalı hemoragiyalar
– tromb nəticəsində böyrəyin funksiyasının pozulması
– tromb nəticəsində qaraciyərin funksiyasının pozulması.
Ağır dərəcədə damardaxili laxtalanma baş verdikdə doğuş zamanı profuz uşaqlıq qanaxması və massiv hemoliz müşahidə olunur. Hemoliz anemiya, qanda sərbəst bilirubinin artması, hemoqlubinuriya ilə aşkar olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlikdə böyrəklərin zədələnməsi zamanı qanın laxtalanma sistemi" haqqında müzakirə