Böyrəklərin təbii vasitələrlə təmizlənməsi
Müasir günümüzdə əhalinin əksər hissəsinin böyrəklərlə bağlı problemləri var. Böyrək xəstəlikləri sırasında birinci yerdə böyrək daşı xəstəliyi durur. Böyrəkdə daşın əmələ gəlməsinə müxtəlif səbəblər şərait yaradır. Bunlara aşağıdakılar aiddir.
– duz əmələ gətirməyə meyilli qidalar
– içməli su
– irsi faktor
– böyrəyin funksiyasının pozulması.
Böyrəkdə daş olduqda böyrək funksiyası pozulur və qanda azotun, zülalın, kreatinin miqdarı artır ki, bu da orqanizm üçün təhlükəli sayılır. Bunun qarşısını almaq üçün vaxtaşırı böyrəklərn təbii yollarla təmizlənməsi lazımdır.
Böyrəkləri təmizləməzdən əvvəl mütləq USM-dən keçmək və həkimə müraciət etmək lazımdır.
Böyrəklərin təbii yollarla təmizlənməsinin bir-neçə üsulu var:
1. Acqarına 1 stəkan xiyar suyu içməklə böyrəklərinizi təmizləyə bilərsiniz. Bu proseduru istədiyiniz qədər təkrarlaya bilərsiniz.
2. Bağayarpağı şirəsini 10-15 gün müddətində hər səhər acqarına içmək böyrək təmizlənməsində faydalıdır.
3. 1 armudu stəkan zeytun yağının üzərinə 1 limon sıxılır və acqarına içilir.
4. Qarpızla təmizlənmə zamanı gün ərzində çoxlu miqdar qarpız yeyilir. Qarpız sidikqovucu təsirə malikdir və böyrəyin təmizlənməsində tayı-bərabəri yoxdur.
Bu təmizlənmə üsulundan şəkərli diabet xəstələri və böyrəklərinin süzmə qabiliyyəti zəif olan adamlar istifadə etməkdən çəkinməlidirlər.
5. Yarpız çayı dəmləməsi də böyrəklərin təmizlənməsi üçün əvəzsiz müalicə vasitəsidir.
6. Cəfəri və kərəviz çayları da güclü böyrək təmizləmək qabiliyyətinə malikdirlər. Amma bu çaylardan çox istifadə etmək arterial təzyiqi aşağı sala bilər. Buna görə də cəfəri və kərəviz çaylarından istifadə edən zaman təzyiqi nəzarət altında saxlamaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Böyrəklərin təbii vasitələrlə təmizlənməsi" haqqında müzakirə