Miokard infarktı və onun müxtəlif variantları
Tipik variant
Xəstələrin əksəriyyətində ağrı hissi olur və adi stenokardiyanın gücü,davametmə müddəti,lokalizasiyası və irradiasiyası ilə fərqlənir.
Miokard infarktında ağrı həmişə kifayət qədər güclü olur və xəstə onu adi hal kimi deyil,təhlükəli vəziyyət kimi qarşılayır.Ağrı adətən əzici və sıxıcı,bəzən parçalayıcı,yandırıcı olur.Ağrının müddəti 10 dəqiqədən 1-2 günə qədər davam edə bilir.Ağrı adətən ürək nahiyəsinin geniş sahəsini və döş sümüyünün sağ tərəfini,bəzən qolları da əhatə edə bilir.
Təcrübəli həkimlər bilir ki,stenokardiya tutmaları zamanı xəstənin yerişi zəifləyir.Miokard infarktı başlayan xəstələr yataqda uzanmış halda nisbətən özlərini daha rahat hiss edirlər.Ağrı artdıqca xəstənin oyanıqlığı artır,soyuq tər və qorxu hissi yaranır.Miokard infarktı ilkin dövrlərdə xəstələrdə əmələ gətirdiyi patologiyalar görə aşağıdakı variantlara bölünürlər.
Astmatik variant
Bu variant zamanı xəstələrin şikayətləri təngnəfəslikdən,boğulma tutmaları və hava çatışmazlığından olur.Astmatik variant 20% xəstələrdə və ən çox yaşlılarda baş verir.
Abdominal variant
Bu variant üçün qarının yuxarı hissəsində başlayan ağrı və dispeptik əlamətlər xarakterikdir.Əksər hallarda xəstələrdə qusma,ürəkbulanma,qarının köpməsi,mədə-bağırsaq traktının parezinin olması xarakterikdir.Bəzən xəstələrdə mədə xəstəlikləri əlamətləri özünü göstərir.
Aritmik variant
Miokard infarktı xəstələrində çox zaman ritm pozğunluqları baş verir.Aritmik variantda bu üstünlük təşkil edir.Çox vaxt mədəcik və mədəciküstü taxikardiya,həmçinin tam atroventrikulyar blokada baş verir.Aritmik variant arterial təzyiqin artmasına və aritmogen şoka səbəb ola bilir.
Serebrovaskulyar variant
Miokard infarktının bu variantında baş-beyin qan dövranının pozulması əlamətləri özünü göstərir.Xəstəlik özünü ən çox ürəkgetmə,ürək bulanma,qusma və nevrotik əlamətlərlə göstərir.
Az simptomlu variant
Hərçənd ki,miokard infarktı ağır xəstəlik hesab edilir,bəzən xəstəlik yüngül əlamətlərlə də gedir.Bu variantda xəstədə nisbətən az ağrılar,qısa müddətli təngnəfəslik olur.İnfarktın bu variantı əksər hallarda təsadüfən EKQ çəkilən zaman meydana çıxır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Miokard infarktı və onun müxtəlif variantları" haqqında müzakirə