Anemiyalar zamanı diaqnostik mərhələlər

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 2 902
  • 0 rəy

 Anemiyalar zamanı diaqnostik mərhələlər
Anemiya xəstəlikləri zamanı diaqnostik mərhələlərin təyin edilməsinin məqsədi xəsatəliyin ağırlıq dərəcəsinin təyin olunmasından ibarətdir.Xəstəliyə diaqnozun qoyuluşunda laborator müayinələrlə birlikdə diaqnostik mərhələlərin də rolu böyükdür.
I mərhələ
Kifayət qədər inkişaf etmiş anemiyalar xəstələrdə özünü aşağıdakı əlamətlərlə göstərir.Xəstəliyin ilk mərhələlərində bəzi əlamətlər meydana çıxır:
- zəiflik
- qulaqlarda küy
- ürəkdöyünmə
- fiziki ioş zamanı təngnəfəslik
- ürək nahiyəsində sızıldayan ağrılar
Anemiyalar zamanı xəstələrdə qastrointersistal pozğunluqlar özünə məxsus formada təzahür edir:
- xəstələrdə iybilmə və dadbilmə hissi pozulur
- iştaha azalır və pozulur
- udqunma aktı pozulur
Anemiyanın ilkin dövrlərində iştahanın pozulması ilə əlaqədar olaraq xəstələrdə diş pastası,makaron yeməyə həvəs olur.
II mərhələ
Anemiyaların ikinci mərhələsi epitel toxumanın zədələnməsi,dərinin,dırnaqların,tüklərin trofik pozğunluqları aktiv şəkildə müşahidə edilir.Anemiyanın ikinci mərhələsində xəstələrin dəri örtüyün,selikli qişaları avazımış,dalağın ölçüləri böyümüş olur.
III mərhələ
Anemiyanın bu mərhələsində hemoqlobilinin azalması,qan zərdabında sərbəst dəmirin miqdarının aşağı düşməsi qeyd edilir..Bu mərhələdə mədə sekresiyası azalır,mədənin selikli qişasında atrofik dəyişikliklər müşahidə edilir.Anemiyanın üçüncü mərhələsi müxtəlif orqanlardan qanaxmalarla müşayət edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Anemiyalar zamanı diaqnostik mərhələlər" haqqında müzakirə