Böyrək anomaliyası

  • Müəllif: redaktr
  • Tarix: 12 fevral 2017
  • Baxış sayı: 6 854
  • 0 rəy

 Böyrək anomaliyası
Böyrək anomaliyalarına aşağıdakılar aiddir:
- aplaziya(anadangəlmə tək böyrək)
- hipoplaziya
- distopiyalar
- böyrəklərin bir-birinə münasibət anomiyaları
- kistoz dəyişiklər
- yuxarı sidik yollarının ikiləşməsi
Böyrək aplaziyası USM köməyi ilə təyin edilir.Bu zaman qarın boşluğunun bir tərəfində böyrək aşkarlanır,digər tərəfdə isə böyrək olmur,onun distopiyası da inkar edilir.
Böyrək hipoplaziyası iltihab nəticəsində büzüşmüş böyrəkdən fərqləndirmək çətin olur.Hipoplaziya zamanı orqanın ölçüləri kiçilir,amma parenximanın sahəsinin sinusun sahəsinə nisbəti normada olduğu kimi qalır.Bu zaman böyrəyin konturları və strukturu dəyişilmir.
Böyrək polikistozu zamanı orqanın ölçüləri böyüyür,parenximada çoxlu müxtəlif formalı və ölçülü exoneqativ zonalar vizializasiya edilir.Müasir cihazların köməyi ilə diametri 1 sm-dən çox olan bütün kistalar aşkarlana bilir.
Böyrək kistaları rahat təyin edilir.Kistalar hamar konturlu olub dairəvi və ya oval formada,daxili strukturu olmayan exogen törəmə kimi aşkar edilir.Mərkəzdə yerləşən kistalar böyük sinusunu deformasiyaya uğradır.Böyük kistalar zamanı böyrəklərin ölçüləri böyüyür,konturları dəyişir.Solitar kistalar 98% hallarda USM vasitəsilə təyin edilə bilir.
Parapelvikal kistalar sinusda və böyrək qapısı nahiyəsində yerləşir.Onlar mərkəzdə yerləşən mayeli törəmə kimi oval,dairəvi formada olub bəzən hətta ləyən ilə çətin differensasiya olurlar.
Multikistoz böyrəkdə müxtəlif ölçülü mayeli törəmələr praktiki olaraq bütün parenximada aşkarlanır və bəzən çoxsaylı kirəcləşmələr qeyd olunur.Polikistozdan fərqli olaraq bu xəstəlik birtərəfli olur.
Kəskin pielonefrit zamanı paranefral toxumanın ödemi aşkar edilir.
Böyrək karbonkulu kiçik ölçülü olduqda parenximada kiçik ölçülü törəmə kimi görünür və həmin nahiyədə böyrək konturu qabarır.Karbonkuldan fərqli olaraq vərəm kavernası daha böyük ölçülüdür,exopozitiv kapsulu aşkarlanır.
Xroniki pielonefritin müayinəsi USM vasitəsilə təyin olunmur.Aşkar edilən böyük ölçülərin azalması,konturların qeyri-düzgünlüyü,parenximanın,sinusun dəyişilməsi kliniki-laborator müayinələrin nəticələri ilə müştərək pielonefrit diaqnozunu qoymağa kömək edir.Xəstəliyin çox inkişaf etmiş hallarında,böyrək büzüşməsi ilə nəticələnən təsadüflərdə diaqnoza demək olarki,şübhə qalmır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Böyrək anomaliyası" haqqında müzakirə