Böyrəyin müxtəlif xəstəlikləri
Böyrək vərəmi.
Məhdud detruktiv proseslər (papillit) zamanı ancaq kirəcləşmə olduqda müayinələr patoloji prosesləri aşkar edə bilir. Fibroz-kavernoz vərəmdə kaverna aşağıdakı formada olur:
* aydın konturlu
* dairəvi və ya oval.
Böyrək vərəmi müayinə zamanı exoneqativ törəmə kimi aşkar edilir. Vərəm pionefrozu praktiki olaraq kalkulyoz pionefrozdan fərqlənmir, amma daxilində exopozitiv törəmələr daş yox, kirəcləşmiş destruksiya ocaqları kimi qəbul olunmalıdır.
Nefrolitiaz.
Diametri 0,5 sm-dən çox olan konkrementlər çətinlik yaratmadan müayinə zamanı asan aşkar edilir. Ayrılıqda daş dəqiq konturlu, exopozitiv törəmə kimi, kasacıq-ləyən sistemində aşkar edilir. Onun arxasında akustik kölgəliyin olması diaqnozun doğruluğunu təsdiqləyir. Daşın kimyəvi tərkibini isə USM təyin etmir, onu sidiyin analizləri təsdiqləyir. Bəzən yastı daşlar müayinə zamanı pis göründüyündən belə xəstələr polipozision vəziyyətlərində müayinə olunurlar. Bəzi hallarda böyrəkdaşının hiperdiaqnostikası da müşahidə olunur, böyrəklərdə olan kristallar, damar divarının bərkiməsi və s.daş kimi qəbul edilir.
Sidik axarının daşları USM-in köməyi ilə aşkarlanır. Daşlar sidik axarının yuxarı hissəsində olduqda isə bağırsaq hilgəklərində olan hava boşluqları daşın aşkrlanmasına mane olduğuna görə əksər hallarda sidik kisəsi maye ilə dolu olduqda daha yaxşı görünür.
Hidronefroz.
USM zamanı alınan nəticələr prosesin ağırlıq dərəcəsindən və kasacıq-ləyən sistemində sidiyin axmasının pozulmasının davamiyyətindən, böyrək parenximasının atrofiya dərəcsindən asılı olur. İlk mərhələlərdə böyrək parenximasının qalınlığı azalır, kasacıq-ləyən sistemində dəyişikliklər meydana çıxır. Prosesin zəif getməsi “lal böyrək” sindromuna səbəb olur. Adətən diaqnozun dəqiqlənməsi təsadüfən USM-lə yoxlanma zamanı bəlli olur.
Bəzi hallarda vena daxilinə 10 mq furosemid yeridib böyrəklərin funksional yüklənməsini təmin edib, böyrəklər USM vasitəsilə yoxlanılır. Bunun üçün əvvəlcə böyrəklər yoxlanılır, sonra dərman damara yeridilib yenidən xəstə müayinə olunur. Bu zaman müayinə 5 dəqiqədə bir dəfə təkrar olunur. Bu zaman poliuriyaya cavab olaraq kasacıq-ləyən sisteminin dilarasiya müşahidə oluna bilər və onun dərəcəsi təkrar ölçmələr qeyd edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Böyrəyin müxtəlif xəstəlikləri" haqqında müzakirə