Üç aylıq uşağın qidalanması
Üç aylıq uşağın qidalanması
Nəzərinizə çatdırmaq istəyirəm ki, üçaylıq uşağın da əsas və yeganə qidası ana südü hesab edilir. Bu zaman da uşağın sağlam qidalanması üçün ana südü əvəzsiz qida vasitəsi hesab edilir. Əgər ananın südü olmasa o zaman ana südünü əvəz edəcək qida əlavələrindən istifadə etmək məsləhət bilinir. Mütəxəsislər əsasən ilk üç ay ərzində uşağın ana südündən başqa heç nə ilə qidalanmamalarını vacıb sayır. Ana südü ilə uşağı əmizdirmək üçaylıq uşaq üçün ideal qidalanma sayılır. Bu təbii və təbiətdən gələn qidadır. Ana südünü yaradan onu elə yaradıb ki, tərkibini heç nə ilə əvəz eləmək mümkün deyil. Bu görə də uşağın ən azı 3 ay yalnız ana südü ilə qidalanması lazımdır. Ana südü uşağın həzm sisitemi tərəfindən mənimsənilə bilən yeganə qida vasitədidir. Hansı ki, bu qida uşağın sağlam böyüməsinə yardım edir, immunitetini yüksəldir, xəstəliklərə qarşı davalılığını artırır. Ana südünün ən yaxşı faydalarından biri də onun uşağa lazım olan zamanda və lazım olan tempraturda olmasıdır. Ananın südünün bol olması körpənin istənilən anda doyuzdurulmasının mümkünlüyünün olmasıdır.Amma, ananın döşündə süd yoxdursa uşaq onu az da olsa əvəz edə biləcək qarışımla qidalanmalıdır. Bunun üçün də uşaq həkiminizin məsləhətinə qulaq asıb, onun tövsiyə elədiyi qidalardan istifadə etməlisiniz. Amma, istifadə etdiyinizi qidalar təzə olmalı, yerdirmək lazım olduğunda hazırlanmalıdır.
Uşaq üçaylığında olanda ana südündən az da olsa doymuş olur. Bu səbəbdən də onnun qidalanması arasındakı fasilələr 3-3,5 saata qədər uzanmış olur. Bu saat fərqi uşaq iki aylığında olduqda 2-2,5 saat olmuş olur.Üçaylıq uşağı yedizdirən zaman bir məsələni yaddan çıxarmaq lazım deyil. Bu uşağın bir döşü çox əmdiyi zaman orada yığılmış südün hamısın əmir. Bu zaman həmin döşün südlə dolması zaman tələb olunur. Ona görə də sonrakı dəfə uşağı əmizdirəndə digər döşdəki südlə uşağı qidalandırmalı və boşalmış döşün dolmasına şərait yaratmaq lazımdır. Döşlərə süd gec dolursa, uşağı mütləq hər dəfə bir döşlə yedizdirmək lazımdır. Bu vasitə ilə südün kəsilməsi təhlükəsini aradan qaldırmaq lazımdır.
Südün azalmaması üçün ananın öz qidalanmasına diqqət yetirməsi lazımdır. Çoxlu maye qəbul eləmək, həkimin məsləhəti ilə südartırıcı dərmanlar qəbul eləmək, sulu qidalar qəbul eləmək ananın südünün artmasına səbəb oa bilir. Südü azalan analar səbirli olmalı, süni qidalara tez bir zamanda keçməməlidir. Onlar uşaq həkimi ilə məsləhətləşməli, südlərinin artması üçün hər vasitəyə əl atmalıdırlar.
Süd azaldıqda və ya kəsilib uşağın qarnı doymadıqda isə həkimin məsləhət bildiyi uşaq qidasından istifadə etmək lazımdır.
Uşağı süni qida ilə yedizdirən zaman qidanın təzəliyinə, qidanın hazırlanma qaydasına, qidalanma zamanı istifadə edilən qabların təmizliyinə diqqət yetirmək lazımdır.
Üçüncü ayın sonunda normal uşağın çəkisi ötən aydakına nisbətən 750 qram, boyunun uzunluğu isə 2,3 sm artmış olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Üç aylıq uşağın qidalanması" haqqında müzakirə