Bir aylıq uşağın qidalanması
Gözlənilən an gəldi. Nəhayət doğum baş verdi və hamilə qadın ana oldu. İndi onun qarşısında daha məsuliyyətli vəzifələr durur. İndi ananın düşündüyü yegənə şey övladının sağlam böyüməsi üçün onun necə qidalanmasıdır.
Dünyaya göz açan körpə tamamilə köməksizdir və anasından asılıdır. Uşağın sağlam böyüməsi ananın onu necə qidalandırmasından və ona edilən qulluqdan asılıdır.
Yeni doğulmuş uşağın qidalanması üçün ən çox lazım olan şey ana südüdür. Ana südü uşağın sağlam böyüməsi üçün ən lazım olan qida vasitəsidir. Ana südü qədər uşağın sağlamlığının qayğısına qalan ikinci bir şey yoxdur. Ana südü uşağın sağlam böyüməsi üçün çox faydalıdır. O bir yaşına qədər olan uşaq üçün ən dəyərli qida vasitəsi hesab edilir. Yeni doğulmuş uşağa həyatının ilk günlərində immunoqlobilin və antitoksinin verilməsi isə uşağın həyatının sağlam olması üçün vacib sayılan amillərdən biridir. Ana düyaya gələn körpəsini həkimlərin uşağı əmizdirməyə məsləhət bildikləri andan yedizdirməyə başlayır.
Doğuşdan sonra ananın döşləri böyüməyə başlayır, bunun səbəbi isə süd axarlarının südlə dolmasıdır. Süd vəzilərində əmələ gələn laktostazın mastitə çevrilməməi üçün isə mamaça və ya ginekoloqun məsləhətlərinə qulaq asmaq lazımdır. Çünki mastit ağrılı prosesdir və ona qarşı diqqətsiz olduqda ağırlaşmalar meydana gətirə bilir. Əslində hər bir qadın mastitin öhdəsindən özü gələ bilər.
Südəmizdirmə ilə əlaqədar olan problemlərin olmaması üçün ana uşağı əmizdirdiyi zaman döşlərinə diqqətlə yanaşmalıdır. Süd əmmə zamanı uşaq ağzının ananın döşünün giləsinə dayayaraq süd əmməyə başlayır. Bu zaman ana döşün giləsinin uşağın burnunu tutmamasına diqqət yetirməlidir. Uşaq əmdiyi zaman ana onun südü udmasına diqqət yetirməlidir. Uşağın sağlam böyüməsi üçün ananın uşağı düzgün və normada əmizdirməsi əsas şərtdir.
Ananın südünün həddindən çox yağlı olması və ya çox yağsız olması uşağın həzm prosesinə təsir etdiyi üçün bu barədə həkimin məsləhətlərinə qulaq asmaq lazımdır.
Uşağın dünyaya gəlişinin birinci ayında onun qidalanması ciddi nəzarət altında saxlanmalıdır. Mütəxəssislər uşağın döş istədiyi zaman onun döşlə qidalandırmağı məsləhət bilir. Çünki bu, ananın döşlərinə daha çox südün yığılmasına səbəb olur. Gün ərzində 10 dəfədən az olmayaraq uşağa döş vermək məsləhət bilinir. Ananın döşləri uşağın birinci ayında gecə saat ikidən səhər saat 5-ə qədər dincəlir və tamamilə südlə dolur.
Mütəxəssislər uşağa əmzik verməyi düzgün hesab etmir və bu barədə anaları ayıq olmağa səsləyirlər. Bu dövrdə uşağa əmzik vermək məsləhət bilinmir, az miqdarda su və ya açıq rəngli çay verməyi tövsiyə edirlər.
Ananın yetərincə südünün olması üçün onun öz qidalanmasına diqqət yetirməyi vacib sayılır. Keyfiyyətli qidalarla qidalanmaq ananın südünü çox keyfiyyətli olmasına səbəb olur. Bunun üçün isə ana vitaminli qidalarla qidalanmalıdır.
Ananın südü olmadığı zaman isə uşağı başqa südü olan ana vasitəsilə və ya xüsusi uşaq yeməkləri ilə qidalandırmaq lazımdır. Amma ən yaxşı variant digər ananın südü vasitəsilə qidalandırmadır. Bunu əldə etmək mümkün olmadıqda isə uşaq həkiminin məsləhət bildiyi uşaq yeməyi ilə qidalandırmaq lazım gəlir. Bu zaman uşaq üçün yemək hazırlayacaq qablar ayrı yuyulmalı, yuyan zaman kimyəvi maddələrdən istifadə edilməməlidir. Qidanı hazırlayan zaman isə onun hansı istilikdə hazırlanması və hansı istilikdə uşağa yedizdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bir aylıq uşağın qidalanması" haqqında müzakirə