8 aylıq uşağın qidalanması

  • Müəllif: elnare
  • Tarix: 20 iyun 2017
  • Baxış sayı: 59 660
  • 0 rəy

8 aylıq uşağın qidalanması

8 aylıq uşaq bu dövrdə normal qidalandıqda şirin, dadlı bir uşağa dönür. İndi onun dünyaya baxışı dəyişilib və yeni yerlər, yeni yeməklər tələb edir və yeniliyi asanlıqla qəbul edir. İndi uşaq daha fərqli qidalarla qidalanmaq istəyir. 8 ayına kimi uşaqlarnın normal qida rasionu dedikdə ana südü, meyvə şirələri, sıyıqlar, kefir və s. nəzərdə tutulur. 8 aylıq uşağın səhər və axşam yeməklərinin ana südü, günorta yeməkləri isə yuxarıda sadalanan və qida rasionuna əlavə edilən digər yeməklərdir. Əgər uşağının 8 ayı olduğu zaman ananın südü boldursa, o zaman ana uşağını yeməklər arası zamanı da yedirə bilər. Amma ananın südü azdırsa, o zaman uşağı səhər və axşam yedirməlidir. Əgər ananın südü heç yoxdursa, o zaman uşağa səhər və axşam südü əvəz edə biləcək qarışım vermək lazımdır. Mütəxəssislər isə ən azından uşağın 8 ayı olduğu zaman gündə 1 dəfə ana südü əmməsi lazımdır. Əmizdirmə vaxtının isə yatmazdan əvvəl olması daha münasib sayılır.

8 aylıq uşaq səhər yeməyində südlü sıyıq yeyə bilər. Bu yaşdan sonra uşaq yanlız qlütensiz sıyıq deyil, qarğıdalı, yulaf, düyü, qarabaaşaq sıyığı da yeyə bilər. Bu dövrdən başlayaraq ana uşağın sıyığına sarıkök, qara gavalı və ya alma dilimi sala bilər. 8 aylıq uşağın sıyığına az miqdarda kərə yağı da əlavə etək mümkündür. Bu dövrdə uşağın bağırsaq problemləri yoxdursa ona evdə hazırlanmış kefir və ya qatıq yedizdirmək mümkündür. Mütəxəssislər uşağın ilk aylarında ona qatıq yedizdirməyin təhlükəli olduğunu söyləyirlər. Belə ki, həyatının ilk aylarında uşalqların qatıq yemələri onların böyrək fəaliyyətinin pozulmasına səbəb ola bilir. Uşaqların ilk aylarında qatıq yemələri turşu-öd balansının pozulmasına və asidoza səbəb ola bilir. Bu səbəbdən də pediatrlar uşağa əvvəlcə kefir yedirməyi məsləhət bilir. Kefiri isə 6 ayından sonra az miqdarda verilməlidir, yanlız 9 aylığında 40 qram vermək olar. Bu zaman kefir və ya kəsmik evdə hazırlanmalı, təzə, şirin və az yağlı olmalıdır.
8 aylıq uşağa balqabaq, rəngli kələm, düyü, yerkökü sıyıq şəklində vermək olar. Əgər uşaqda dəri səpgiləri olmasa onun sıyığına çuğundur da əlavə etmək mümkünür.
8 aylıq uşağı yedirərəkən qəbul etdiyi qidaların təzəliyinə tərkibinə nəzarət etmək lazımdır. Bu yaşda uşağa mal əti, toyuq əti, hind quşu ətinin builyonunu və ya püresini vermək olar, amma, uşağa heyvanın ürəyini, qaraciyərini, böyrəklərini vermək olmaz. Bu yaşda uşağa mal dilinin bulyonunun və ya püresini yedirmək olmaz.
Bu aydan uşağa az-az çörək vermək olar. Çörək uşağın bulyonuna və ya püresinə qataraq verilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"8 aylıq uşağın qidalanması" haqqında müzakirə