Qəbizlik böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir.

  • Müəllif: elnare
  • Tarix: 17 aprel 2017
  • Baxış sayı: 5 338
  • 0 rəy

Qəbizlik böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir. Alimlər bağırsaq bakteriyalarının böyrəklərə patologiya yaratdığını sübut ediblər.
Qəbizlik sadə görünən bir narahatçılıq deyil. Çünki, qəbizlik oprqanizm üçün təhlükəli ola bilər. Xroniki və ya tez-tez baş verən qəbizlikdən əziyyət çəkənlər böyrək xəstəliklərinə yaxalanmaq təhlükəsi altındadırlar.
ABŞ-da 3,5 milyon xroniki qəbizlik şikayətləri olan adamlar arasında araşdırmalar aparılmışdır. Araşdırmaların nəticələri qəbizlik xəstəsi olan adamların əksəriyyətinin böyrək xəstəsi olduğu aşkara çıxıb. Böyrəklərində xəstəlik olan adamlar isə anamnez zamanı uzun müddət qəbizlikdən əziyyət çəkdiklərini söyləyiblər.
Memfis Universitetinin nefroloqları böyrək xəstəliklərini əmələ gətirən bakteriyaların bağırsaqlar səbəbindən orqanizmdə patologiya törətdiyini söyləyirlər. Onlar bu səbədən də insanlara müraciət edərək bağırsaq problemlərini həll eləməyi və qəbizliyi aradan qaldırmağı tövsiyə edirlər.
Bəs qəbizliyi hansı vasitələrlə aradan qaldırmaq mümknüdür.
1. Küncüt toxumunu yediyiniz qidalara və ya salatlara əlavə etsəniz bağırsaqlarınızın yumşalmasına səbəb olur.
2. Çuğundur bəkməzi bağırsaqlardakı möhtəviyyatı asanlıqla yumşaldır.
3. Limonlu ilıq su bağırsaqların fəaliyytini sürətləndirir.
4. Qatıq həzmin getməsinə kömək edən ən yaxşı vasitələrdəndir. Yatmzadan əvvəl hər gün 1 stəkan qatıq içmək bağırsaqların normal işləməsinə səbəb olur.
5. Banan yemək bağırsaq fəaliyyətini sürətləndirir, metobolizmə yardımçı olur.
6. Qara gavalının yatmazdan əvvəl suya qoyub, səhərlər suyu içmək və gavalını yemək bağırsaqları boşalması üçün ən yaxşı vasitədir.
7. Göbəkətrafı nahiyəni massaj etməklə bağırsaqlarınızı hərəkətə gətirə və fəaliyyətini sürətləndirə bilərsiniz.
8. Rozmarin, portağal, limon iyləmək bağırsaqların reseptorlarını qıcıqlandırır. Bu bitkilərin dəmləmələri də bağırsaqların yumşalmasına və qəbizliyin aradan qaxmasına səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qəbizlik böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir." haqqında müzakirə