Şok! Unitazlar bağırsaq xəstəliklərinə səbəb olur və ya bir çox insanları narahat edən tənbəl bağırsaq sindromu
Tənbəl bağırsaq sindromundan bir çox adam əziyyət çəkir. Bəziləri bunu qəbizlik kimi qəbul edir, amma tənbəl bağırsaq sindromu yanlız qəbizliklə deyil, bağırsaqların hərəkəti ilə əlaqədardır. Belə ki, bağırsaqlar yavaş hərəkət etməyə başladıqda bir müddət sonra qəbizlik və ya bağırsaqlarda müxtəlif narahatçılıqlar meydana çıxır. Bağırsaq tənbəlliyinə aşağıdakılar səbəb ola bilir:
- kalsium çatmışmazlığı
- şəkər xəstəliyi
- maddələr mübadiləsinin pozulması
- həzm sisteminin pozulması
- azhərəkətlilik.
Yuxarısa sadalanan xəstəliklər səbəbindən baş verməsini öyrənmək üçün mütləq həkimin müayinəsindən keçmək lazımdır.
Bəzi hallarda isə heç bir xəstəlik olmadan bağırsaqların hərəkəti azalır və qəbizlik olmadan da defekasiya aktı çətinləşir. Bu zaman möhtəviyyat bağırsaqlarda çox qaldığından tərkibindəki suyun miqdarı tamamilə sorulur və möhtəviyyat bərkiyir, bəzən də daşlaşır. Bu zaman bağırsaqların azhərəkətliliyi qəbizliyə səbəb olur.
Bağırsaq tənbəlliyinə lifli qidalardan yetərincə qidalanmadıqda baş verir. Sulu qidalarda az istifadə edildikdə və gün ərzində lazım olan qədər su (ən azı 1-3 stəkan) qəbul etmədikdə də bağırsaq tənbəlliyi baş verir. Qadınlarda isə bağırsaq tənbəlliyin baş verməsinə doğuş zamanı çanaq sümüyünün altındakı əzələlərin gərginləşməsi səbəb olur.
Bağırsaq tənbəlliyinin baş vermə səbəblərindən biri də unitazların hündür olmasıdır. Belə ki ,defekasiyanın normal baş verməsi üçün düzgün oturuş tərzi də əsas sayılır. Defekasiya aktını həyata keçirərkən əslində dizlər anusdan hündürdə durmalıdır. Unitazda oturarkın bu duruş tərzinin mümkün olmaması qəbizliyə səbəb olan əsas amilərdən biri hesab edilir.
Bağılrsaq tənbəlliyi uzun müddət davam etdikdə xroniki qəbizliyə səbəb olur. Əgər defekasiya aktı 3 gündən bir baş verirsə, bu bağırsaq tənbəlliyi hesab edilir. Bağırsaq tənbəlliyi zamanı anusda çatlar, qarın ağrıları, həzmsizlik baş verdiyini nəzərinizə çatdıraraq yuxarıda sadalanan əlamətlərin sizdə olduğu tədqirdə mütləq sağlamlığınızın qeydinə qalmağınız məsləhət bilinir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, müxtəlif dərman vasitələrinin köməyi ilə defekasiya aktını normallaşdırmaq məqsədə uyğun sayılmır. Belə ki, bu zaman dərmanlar qurtardıqda bağırsaqılar yenə əvvəlki kimi çalışacaqdır. Bunun üçün təbii vasitələr və müxtəlif idman hərəkətləri ilə bağırsaqlarınızdakı tənbəlliyin öhdəsindən özünüz gəlməyə çalışın.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Şok! Unitazlar bağırsaq xəstəliklərinə səbəb olur və ya bir çox insanları narahat edən tənbəl bağırsaq sindromu" haqqında müzakirə