Qarın bölgənizdə köpmə, şikinlik və gərginlik varsa, sizdə aşağıdakı xəstəlik baş verə bilər

  • Müəllif: elnare
  • Tarix: 26 fevral 2017
  • Baxış sayı: 18 758
  • 0 rəy

 Qarın bölgənizdə köpmə, şikinlik və gərginlik varsa, sizdə aşağıdakı xəstəlik baş verə bilər.
Qarın bölgəsində gərginlik, köpmə, şişkinlik, qəbizlik, qaz və ağırlıq hissi varsa, o zaman sizin bağırsaqlarınızda xəstəlik var. Sadalanan əlamətlərə qusma da əlavə olunarsa, vaxt itirmədən mütləq həkimə müraciət etməlisiniz. Çünki əlamətlərin yoğun və ya nazik bağırsaqlar səbəbindən baş verməsini və müalicəni yanlız həkim təyin edə bilər. Sadalanan əlamətlərin isə bağırsaq keçməzliyinin əlaməti olduğunu özünüz də təxmin edə bilərsiniz. Bağırsaq keçməzliyinin aşağıdakı növləri vardır:
* Mexaniki bağırsaq keçməzliyi – bu bağırsağın tam və ya bir qisminin patoloji faktor səbəbli tutulmasıdır.
* Sadə bağırsaq keçməzliyi – bu bağırsağın yanlız bir hissəsində əmələ gələn tutulmadır.
* Paralitik bağırsaq keçməzliyi – bu nazik bağırsağın motor fəaliyyətinin zəifləməsi səbəbindən baş verən bağırsaq tutulmasıdır.
* Nekrotik bağırsaq keçməzliyi – bu bağırsaq divarının qidalanmaması səbəbindən baş verir. Nekrozlaşma 3-4 saat ərzində meydana gəlir.
Bağırsaq keçməzliyi yeni doğulmuş uşaqlardan ən ahıl yaşlı şəxslərə kimi baş verə bilir. Xəstəliyə diaqnozun qoyulması həkimlər tərəfindən öz təsdiqini tapır. Xəstəlik 30-35% hallarda ölüm riski yarada bilir. Bu səbəblərdən də müalicə əksər hallarda əməliyyat vasitəsilə aparılır. Bağırsaq keçməzliyinin baş verməməsi üçün aşağıdakılara əməl etmək lazımdır:
* rasiona lifli qidalar əlavə etmək
* piyada gəzmək
* qarın əzələlərindəki gərginliyi hərəkətlərlə aradan qaldırmaq
* defekasiya aktını nəzarət altında saxlamaq.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qarın bölgənizdə köpmə, şikinlik və gərginlik varsa, sizdə aşağıdakı xəstəlik baş verə bilər" haqqında müzakirə