Hemodializin əhəmiyyəti

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 3 020
  • 0 rəy

Hemodializin əhəmiyyəti.
Hemodializ ilk dəfə heyvanlar üzərində 1913-cü ildə həyata keçirilib və ekperimentin uğurlu nəticələri, prosedurun isanlar üzərində həyata keçirilməsinə bir stimul olub. Hemodializ süni böyrək aparatı vasitəsilə qanın tərkibində olan lazımsız molekulyar maddələrin təmizlənməsidir. Hemodializ zamanı qanda həyat üçün əhəmiyyətsiz, zərərli maddələr müxtəlif analizlər vasitəsilə təmizlənir. Bu prosedur zamanı qanda olan kalloidlər, həll olmayan bitki və heyvan mənşəli yağlar, zülallar süni böyrək aparatından keçərkən təmizlənir və ya həll olunur. Hemodializ bir sözlə qanın yuyulması deməkdir ki, bu da süni böyrək aparatı vasitəsilə həyata keçirilir. Bu zaman qanın tərkibində olan toksinlər xaric olur, plazmanın tərkibində olan lazımi zülallar isə qalır. Dializin müvəffəqiyyətlə həyata keçirilməsi xroniki və kəskin böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin həyatlarına davam etməsinə səbəb olur. Mütəxəssislərin hesablamalar ına görə 1 milyon əhalidən 150-nin hemodializə ehtiyacı böyrək xəstəliklərinin ağırlaşmalarına görə, 20-25-nin isə zəhərlənmə səbəbli ehtiyacı olur. 1 milyon əhalidən 50-si xroniki böyrək çatışmazlığı üzündən hemodializ olunur. Xroniki böyrək çatışmazlığından
əziyyət çəkən xəstələrin 1 ildə 100 hemodializə ehtiyacı olur. Bu da hemodializ mərkəzlərinə ehtiyacın olduğunu göstərir. Hemodializə müxtəlif şoklar, allergik reaksiyalar, ağır infeksiyalar, ağır zəhərlənmələr zamanı da ehtiyac duyula bilər.
Kəskin böyrək çatışmazlığı zamanı bir-neçə dəfə dializ proseduru həyata keçirilsə xəstəlik tamamilə sağala bilər. Zəhərlənmələr zamanı hemodializ həyata keçirilərsə bütün toksinlər orqanizmdən xaric olunur.
Hemodializə ehtiyacın olub-olmamasına həkim qərar verir və bu prosedur xüsusi mərkəzlərdə nəzarət altında həyata keçirilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hemodializin əhəmiyyəti" haqqında müzakirə