Qəbizlik
Qəbizlik
Qəbizlik – çətinləşmiş, ləngimiş defekasiya aktıdır.
Ümumi məlumat:
Bəzi adamlarda defekasiya aktı gündə 2-3 dəfə, digərlərində 3-5 gündən bir ola bilər. Hər iki halda bu, normal sayılır. Qəbizlik nəcisin sayının deyil, konsistensiyasının dəyişməsi, diskomfort hissi deməkdir.
Səbəbləri:
-nəcis ifrazının məşğulluqla bağlı gecikdirilməsi
-hemorroy və ya anal çatlar
-düzgün olmayan qidalanma, aşağı aktiv həyat, qida rejiminin pozulması, stress
-mayenin az qəbulu və qidada kobud liflərin olmaması
– bəzi dərman maddələrinin qəbulu, məsələn, antidepressantlarının, narkotik maddələrinin qəbulu
-körpələrdə süni qidalanma
– yaşlı adamlarda qarın əzələlərinin zəifliyi
Simptomları:
– Düz bagırsaqda təzyiq hissinin olması
– Qazəmələgəlmənin artması
– Bağırsaqda xoşagəlməz dolma hissi.
Əgər nəcisin forması kürəciklər, lentvarı şəklə düşərsə həkimə müraciət etmək lazımdır. Əgər qarında ağrı, ürəkbulanma, temperaturun qalxması, gıcolmalar baş verirsə, qarında güclü köpmə ilə müşayiət olunursa mütləq həkimə müraciət etmək lazımdır.
Siz nə edə bilərsiniz:
Hər gün eyni vaxtda defekasiya etməyə çalışın. Rasionunuzda yumşaq qidalar, gavalı şirəsi, meyvə, tərəvəz şirələrindən istifadə edin. İdmanla məşğul olun. İşlətmə dərmanlarından istifadə edin. Əgər qəbizlik 7 gündən artıq çəkirsə mütləq həkimə müraciət edin.
Həkim nə edə bilər:
Həkim digər ciddi xəstəlikləri inkar edərək diaqnoz qoyur, düzgün qida rejimi və lazım gəldikdə işlətmə dərmanlar təyin edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qəbizlik" haqqında müzakirə