Südəmər uşaqlarda qarın işləməsi

  • Müəllif: admin2
  • Tarix: 2 yanvar 2017
  • Baxış sayı: 1 264
  • 0 rəy
Südəmər uşaqlarda qarın işləməsi.
Südəmər uşaqların nəcisi ilk 2-3-cü günlər yaşıl-qara rəngdə və yapışqanlı olur. Buna ilk nəcis deyilir. Sonrakı günlər qızılı-sarı rəngdə olur və bir qədər turşumuş iy verir. Qızılı-sarı rəngdə təkcə ana südü ilə qidalanan uşaqların nəcisi olur. Sonralar uşağın nəcisində qəbul elədiyi qidalardan asılı olaraq alma, yerkökü, göyərti tikələri də görmək olur. Elə təsəvvür yarana bilər ki, uşağın nəcisi həzm olunmamış qidadan ibarətdir. Südəmər körpələrdə nəcisin rəngi yediyi qida rəngində olur. Yalnız 1,5- 2  yaşından sonra uşaqların nəcisinin rəngi və qatılığı böyüklərinki kimi olur.
Uşaqların qarnı ilk günlər 3-4 dəfə, sonralar gündə 1 dəfə, yaxud günaşırı işləyir. Ana uşağının qarnının necə işləməsinə diqqətlə fikir verməlidir. Əgər uşağın qarnı bir-neçə gün işləməsə və ya bir gündə bir-neçə dəfə işləyərsə məsləhət üçün mütləq həkimə müraciət etmək lazımdır.
Südəmər uşağın nəcisi duru olur, bəzən selik qarışıb yaşımtıl rəng ala bilir. Əgər nəcisin rəngi və sayı birdən-birə dəyişilərsə həkimə müraciət etmək lazımdır.
Süni qidalanma ilə qidalanan uşağın nəcisinin rəngi yediyi qidadan asılı olaraq dəyişir.
İnək südü ilə qidalanan uşaqların nəcisi duru və gündə bir-neçə dəfə olur.
Əgər uşağın qarnı gün ərzində həmişəkindən çox sayda işləyirsə və üfunət iyi verirsə, bu bağırsaqda infeksiyanın olmasını göstərir.
Əgər uşaq yaxşı yeyirsə, 2-3 gün qarnı işləmirsə və şəndirsə narahat olmağa lüzum yoxdur. Bunu uşağa meyvə və ya tərəvəz yedirməklə həll etmək olar. Lakin uşaq narahatdırsa, sancıdan qışqırıb ağlayırsa, problemi vaxtında həll etmək lazımdır.
Südəmər uşaqlara qətiyyən işlətmə dərmanı vermək olmaz. Çünki adi işlətmə dərmanlarında belə istifadə edib ölən uşaqlar olmuşdur. İşlətmə dərmanları uşaqların orqanizminin susuzlaşmasına səbəb olur. Bundan başqa uşağın anus dəliyinə bağırsaq işlətmək üçün şamlar qoymaq olmaz. Çünki belə şamlar südəmələrin anusunda iltihabi proseslərə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Südəmər uşaqlarda qarın işləməsi" haqqında müzakirə