Disgeziya
Disgeziya bağırsaq mötəviyyatının xaricə ifrazının çətinləşməsidir.Bu zaman xəstələrdə tualetə getmək istəyi olur,amma onlar bağırsaqdakı möhtəviyyatı xaricə çıxara bilmirlər.Bunun səbəbi isə çanaq əzələlərinin və düz bağırsağın sfinktorunun əzələsinin gərilməsidir .Bu vəziyyət isə defekasiya aktını çətinləşdirir və ağrılı edir.
Disgeziya zamanı nəinki,daşlaşmış nəcis,hətta duru bağırsaq möhtəviyyatı belə bağırsaqdan xaric olmaqda çətinlik çəkir.
Xəstəlik aşağıdakı əlamətlərlə başlayır:
- qəbizlik
- düz bağırsağın tam açıla bilməməsi
- daşlaşmış nəcis kütləsinin bağırsağı tutması
- defekasiya aktının çətinləşməsi
Çanaq əzələlərinin gərginləşməsinin müxtəlif səbəbləri ola bilər.Bu səbəblərə aiddir:
- defekasiya zamanı əzələlərin fəaliyətinin durması
- düz bağırsaqda olan yırtıqlar
- yoğun bağırsaq yırtığının düz bağırsağı qıcıqlandırması
- rektal yaralar
- düz bağırsağın travmaları
Xəstəliyə diaqnozun qoyulması anamnezə və rektal müayinəyə əsaslanır.
Müalicə əzələlərdəki gərginliyi sakitləşdirici dərmanlarla aparılır,amma,effekt əldə etmək çətin olur.Müasir tibb xəstəliyin müalicəsində bəzi idman hərəkətlərindən istifadə etməklə patologiyanın aradan qaldırılmasını məsləhət görür.Bu idman hərəkətləri çanaq üzvlərinin qan dövranını yaxşılaşdırmaqla bağırsaqğın fəaliyyətini artırır.Əlamətlər aradan qalxmadıqda düz bağırsaqda əməliyyata ehtiyac duyulur.Çünki qəbizlik əksər hallarda elə ağır fədalara səbəb ola bilir ki,bunun da baş verməməsi üçün nəzis məcburi olaraq mexaniki üsullarla düz bağırsaqdan xaric olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Disgeziya" haqqında müzakirə