Onurğa beyinin sarsılması

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 2 724
  • 0 rəy

Onurğa beyinin sarsılması
Onurğa beyinin sarsılması özünü struktur zədələnmələri olmadan onurğa beyinin funksional tipli qəflətən, tam köndələn zədələnməsi ilə xarakterizə edir.
Xəstəlik zamanı beyin maddəsinin və onun qişalarının ödemi,seyrək nöqtəli hemorragiyalar müşayət edilir.Xəstəliyin kliniki mənzərəsi aşağıdakılarla özünü göstərir:
* neyrosirkulyator yerindən oyanma
* dinamikanın keçiriciliyinin pozulmaları
* parezlər
* paresteziyalar
* hisiyyatın itməsi
* çanaq üzvlərinin funksiyasının pozulmaları
Onurğa beyin sarsılmasının patoloji əlamətləri zədələnmənin ağırlığından asılı olaraq bir-neçə dəqiqədən 2-3 günə qədər müddətdə geriyə inkişaf edir.Beləliklə,onurğa beyin sarsılması üçün əlamətlərin tez meydana çıxması və tam şəkildə geriyə inkişaf etməsi xarakterikdir.
Onurğa beyinin sarsılması zamanı serebrospinal maye dəyişilməmiş,subaraxnodial məkanın keçiriciliyi pozulmamış qalır.
Onurğa beyinin sarsılmasına nadir hallarda rast gəlinən xəstəliklədən sayılır.
Zədələnməyə diaqnoz travmatoloqlar tərəfindən qoyulur.
Müalicə zamanı ağrıkısicilərdən istifadə edilir
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Onurğa beyinin sarsılması" haqqında müzakirə