Onurğa beyinin zədəsi

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 2 630
  • 0 rəy

Onurğa beyinin zədəsi
Onurğa beyinin zədələnməsi qapalı və nüfuz etməyən onurğa beyin travmalarından ən çox rast gələnidir.Zədə onurğanın yerdəyişmə ilə sınması,fəqərəarası disklərin prolapsı və onurğanın sərpməsi zamanı baş verir.
Onurğa beyinin zədəsi zamanı həmişə beyin maddəsində,köklərdə,qişalarda,damarlarda struktur dəyişikliklər baş verir.Bu dəyişikliklər özünü yumşalma,ocaq nekrozu və qansızma ilə göstərir.Beyin toxumasının zədələnməsi spinal şokla müşayət olunur.Bu zaman hərəki və hissi pozulmaların xarakteri travmanın yerindən və əhatəsinin genişliliyindən asılıdır.
Onurğa beyinin zədəsi zamanı zədələnmənin ardınca zədələnmənin dərəcəsindən asılı olmayaraq aşağıdakılar müşahidə edilir:
- süst ifliclər
- bütün hissiyyat növlərinin anesteziyası
- çanaq üzvlərinin funksiyasının pozulması
- vegetativ funksiyaların pozulması
Onurğa beyinin zədələnməsi zamanı əksər hallarda travma bir deyil,bir neçə zədələnmə ocağının yaranmasına səbəb olur.Travmaların səbəb olduğu əlamətlər travmadan bir neçə saat və ya bir neçə gün sonra meydana çıxa bilir.
Onurğa beyinin zədələnmələri çox vaxt subaraxnodial qansızmalarla müşayət olunur.Bu zaman serebrospinal mayedə qan qarışığı aşkar edilir.
Zədənin ağırlığından asılı olaraq pozulmuş funksiyaların bərpası 3-8 həftə ərzində davam edir.Ancaq onurğa beyinin tam və ya yarımçıq anatomik sarsılması ilə baş verən ağır zədələr zamanı itirilmiş funksiyalar heç vaxt bərpa olunmur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Onurğa beyinin zədəsi" haqqında müzakirə