Kəllənin və baş beyinin açıq zədələnmələri

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 3 352
  • 0 rəy

 Kəllənin və baş beyinin açıq zədələnmələri
Baş beyinin açıq zədələnmələri kəllə sümüklərinin və kəllə tağının xarici örtük təbəqəsinin bütövlüyünün pozulması ilə xarakterizə olunur.Zədələnmələr sərt beyin qişasına nüfuz edən və nüfuz etməyən formalara bölünür.Baş beyin zədələnmələri beyin sarsılması,baş beyinin zədəsi və qansızmalarla birgə müşahidə oluna bilir.Açıq sınıqlar daha çox kəllə tağı sümüklərində,bəzən isə kəllə əsasında lokallaşır.Sınıq adətən beyin sarsılması və beyin zədəsi ilə birlikdə baş verir.
Kəllə və beyinin açıq zədələnmələri zamanı yara nahiyyəsində yerli dəyişikliklər,ümumbeyin və ocaq əlamətləri əmələ gəlir.
Travma baş verdiyi an xəstələrdə huşun itməsi baş verir.Kəllənin açıq sınıqları aşağıdakı əlamətlərlə meydana çıxır:
- zədə nahiyyəsində intensiv baş ağrıları
- vestübülyar pozulmalar
- ürək bulanması və qusma
- meningial əlamətlər
- süstlük
Beyin zədələnmsi zamanı ocaq əlamətləri başlıca olaraq mexaniki amilin dəydiyi yerdə əsas ocaqla bağlı olur.
Baş beyininin yaralanmaları kəllə-beyin travmasının ən ağır formalarından biridir.Bu zaman əmələ gələn yara və kəllə sümüklərinin sınması beyin qişalarının zədələnməsi ilə birgə baş verir.Bu da beyinə infeksiyanın düşməsinə səbəb olur.
Travma nəticəsində beyin maddəsinin destruktiv dəyişiklikləri baş verir.Bu zaman əzilmə,nekroz meydana çıxa bilir,beyin qan dövranı pozulur,iri qansızmalar baş verir.Müxtəlif dövrlərdə inkişaf edən iltihabi ağırlaşmalar nekrozun yerində maye dolu boşluq və qiloz çapıq əmələ gəlir.Travmanın ağırlıq dərəcəsi nə qədər dərin olarsa ümumbeyin əlamətləri bir o qədər dərin olur.Komatoz vəziyyət,tənəffüs və ürək fəaliyyətinin pozulmaları,qıcolma,meningial əlamətlər inkişaf edir.
Kəllənin və baş beyinin açıq zədələnmələri zamanı ilk növbədə travma alan şəxsin ürək və tənəffüs fəaliyyəti bərpa edilir,zərərçəkən toxumanın aseptika qaydaları qorunur və yara cərrahi işlənir.Xəstənin yataq rejimi təmin edilir,ona sakitlik verilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kəllənin və baş beyinin açıq zədələnmələri" haqqında müzakirə