Hissiyyat pozulmalarının əlamətləri

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 2 902
  • 0 rəy

 Hissiyyat pozulmalarının əlamətləri
Periferik sinir kötüyünün tam zədələnməsi həmin sinirin irradiasiya etdiyi dəri sahəsində hissiyyatın bütün növlərinin pozulması isə xarakterizə edilir.
Onurğa beyinin arxa hissi kökünün zədələnməsi hissiyyatın bütün növlərinin itirilməsinə səbəb olur.Bu zaman hissiyyat pozulmaları gövdədə dairəvi,ətraflarda isə sinir boyu baş verir.Köklərin zədələnməsi ağrılar ilə müşayət edilir.Prosesə fəqərəarası nahiyə də cəlb olunarsa həmin nahiyələrdə sərpmə baş verir.
Onurğa beyinin arxa buynuzu zədələndikdə həmin hissədə hisiyyatın pozulmasi ilə yanaşı ağrı və temperatur hissi itir.
Onurğa beyinin yan sütunları zədələndikdə əks tərəfdə ağrı və tempratur hissiyyatının naqil tipli pozulması müşahidə edilir.
Onurğa beyinin yarısı zədələndikdə patoloji ocaq olan tərəfdə əzələ-oynaq hissiyyatı,əks tərəfdə isə səthi hissiyyat pozulur.
Daxili ilgək zədələndikdə əks tərəfdə bütün hissiyyat növlərinin itməsi qeyd edilir.
Görmə qabarı zədələndikdə əks tərəfdə heminasteziya və yandırıcı,şiddətli,ağrılar baş verir.
Onurğanın daxili kapsulası zədələndikdə həmin hissədə ağrı hissinin itməsi və keyləşmə baş verir.
Onurğada arxa və mərkəzi giriş qapısı zədələndikdə zədələnmə nahiyyəsinin səviyyəsindən asılı olaraq bütün hissiyyat növləri əks tərəfdə bir qolun və bir ayağın hissiyyatının pozulması ilə özünü biruzə verir.
Onurğada arxa mərkəzi qırışın qıcıqlanmasında,səviyyəsindən asılı olaraq irradiasiya etdiyi nahiyələrin paresteziyalarına səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hissiyyat pozulmalarının əlamətləri" haqqında müzakirə