Hər gün qatıq yesəniz aşağıdakıların şahidi olacaqsınız

  • Müəllif: elnare
  • Tarix: 17 yanvar 2017
  • Baxış sayı: 54 259
  • 0 rəy

Hər gün qatıq yesəniz aşağıdakıların şahidi olacaqsınız.
Mütəxəssislər hər gün qatıq yeməni məsləhət bilir və bunun aşağıdakılara səbəb olduğunu söyləyirlər. Hər gün qatıq yesəniz bədəninizdə bəzi dəyişikliklər baş verəcək:
* Çəkiniz azala bilər.
Qatığın tərkibi proteinlə zəngin olduğuna görə o bədəndə olan artıq piylərin əriməsinə yardım edir. Qatıq insanı uzun müddət tox tutur, onun şirniyyata olan həvəsini azaldır və iştahanı azaldır. Qatıq metobolizmi sürətləndirir və ən çox qarında yığılmış piylərin əriməsinə səbəb olur.
* Dİşləriniz sağlam olar.
Tərkibində olan protein və kalisum sayəsində gündəlik qatıq yeyən adamın dişləri sağlam olur.
* Həzm sisteminiz normaya düşür.
Qatıq həzm prosesini sürətləndirərək qəbizliyi aradan qaldırır. Hər axşam yatmazdan əvvəl bir stəkan qatıq içmək insan orqanizmi üçün çox faydalıdır. Bu bağırsağın işini sürətləndirir.
* Şirniyyata olan həvəsiniz azalar, şəkər aşağı düşər.
Əgər siz tez-tez acırsınızsa və ya diabet xəstəliyiniz varsa, qatıq sizin ən yaxın dostunuz olmalıdır. Hər gün qatıq yeyən adamlar arasında aparılan araşdırmalar qatığın qanda şəkəri düşürə bilmək qabiliyyətinə malik olduğunu sübut etmişdir. Bundan əlavə qatıq yemək insanın sirniyyata olan həvəsini də azaldır ki, bu da kökəlməyə meyilli adamların xeyrinədir.
* Göbələklərə qarşı təsir edir.
Qatıq təbii bir göbələk dərmanıdır. Belə ki, qatıq göbələk səbəbli meydana gələn mədə-bağırsaq xəstəliklərinin aradan qalxmasına səbəb olur. Hər gün sarımsaq qatılmış qatıq yemək vaginal göbələklərin miqdarının azalmasına və məhvinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hər gün qatıq yesəniz aşağıdakıların şahidi olacaqsınız" haqqında müzakirə