Kartoflu-duzlu keks

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 1 849
  • 0 rəy

Kartoflu-duzlu keks.
Lazım olanlar:
* 3 yumurta
* 1 stəkan qatıq
* yarım stəkan duru yağ
* 1 stəkan un
* 1 paket qabartma tozu
* duz
* 4 ədəd orta ölçüdə kartof
* 1 ədəd orta ölçüdə soğan
* 4-5 yarpaq cəfəri
* 4-5 yarpaq şüyüd.
Üzərinə səpmək üçün:
* qara çörək otu
* susam.
Əvvəlcə kartofların və soğanın qabığı soyulur, yuyulur, ətçəkən maşının iri gözündən keçirilir (kubuk şəklində doğramaq da olar). Dərin bir qabın içərisinə yumurta, duru yağ və qatıq tökülür, duz, qabartma tozu və göyərtilər əlavə edilib yaxşıca qarışdırılır. Sonra kartof və soğan qarışıma əlavə edilib qarışdırılır.
Qarışım yağlanmış tavaya tökülür, bəzək məqsədilə qaraçörək otu, susam səpilir və əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 45-50 dəqiqə ərzində bişirilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kartoflu-duzlu keks" haqqında müzakirə