Diş ağrılarının ev şəraitində müaicəsi
Diş ağrıları insanlarda çox narahatçılığa səbəb olur. Belə ki, diş ağrısının şiddəti insanın normal həyat tərzini korlayır. Qəfil başlayn diş ağrısı insanın həyatının komfortunun tamamilə pozulmasına səbəb olur. Bəzən yuxuda belə olarkən başlayan ağrılar zamanı insan nə edəcəyəni bilmir. Bəs qəfil başlayan diş ağrıları zamanı nə etmək lazımdır?
* İlk növbədə diş daxilində və dişlər arasında qalan qida qalıqları xaric edilməlidir.
* Ağız boşluğu soda qatılmış isti su ilə yaxalanmalıdır.
* Ağrıyan dişin üzərinə bir udum araq alıb saxlamaq.
* Bir kubik buzu ağrı olan dişin yanında əriyənədək saxlamaq. Bu zaman ən azı 15 dəqiqə ərzində buz (buzlar) ağızda saxlanılmalıdır.
* Ağrıyan dişi əllə sıxıb saxlamaq. Ağızın xəstə diş olan nahiyəsi buzla daxildən soyudulur və yanaq nahiyədən baş barmaqla dişin dibi sıxılır.
* Ağrıyan diş olan nahiyədə heç nə çeynəməmək.
* Ağızı açıq saxlamamaq (hava axını diş ağrısının artmasına səbəb olur).
* Həkimə müraciət edənə qədər ağrıkəsicidən istifadə etmək və qısa bir zamanda həkimə getmək.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Diş ağrılarının ev şəraitində müaicəsi" haqqında müzakirə