Ağrı nədir?

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 197
  • 0 rəy

Ağrı nədir?
Ağrı insanın həyata gəldiyi gündən mövcud olan və insanın həyat fəaliyyətinə mane olan və hətta fəaliyyətlərini əlindən ala bilən bir hissdir. Ağrı hissi yuxu pozğunluqlarına, özünə idarəetmənin pozulmasına, əsəb sistemi pozğunluqlarına, əmək qabiliyyətinin itməsinə, psixalogiyanın pozulmasına, depressiyaya, ümidsizliyə, kobudluğa səbəb ola bilir. Buna görə də ağrı hissi hətta ailədə söz-söhbətə səbəb olur.
Ağrı fiziki və psixoloji səbəblərdən baş verir və aşağıdakı növləri var:
– qəfil başlayan ağrılar
– xəstəliklərə bağlı olan ağrılar
– bəlli olmayan səbəblərdən baş verən ağrılar.
Qəfil başlayan ağrılar bəlli bir səbəbdən baş verir. Böyrək və öd daşı xəstəliklərində, miqrendə, sinir xəstəlikləri belə ağrılarla müşayiət olunur.
Xəstəliklərlə bağlı olan ağrılar sancı, tutmaşəkilli və küt ola bilir. Bu cür ağrılar istənilən xəstəliklərə xas ağrılardır. Adətən kəsici, deşici və küt, sızıldayıcı olur. Bu cür ağrılar xəstəlik sağalandan sonra keçib gedir.
Səbəbsiz baş verən ağrılar əsəb sistemi xəstəlikləri zamanı baş verir. Adətən belə ağrılar depressiyalı xəstələrdə baş verir.
Ağrıya səbəb olan xəstəliklər:
Baş ağrılarına miqren, baş və boyun hissədə olan infeksion xəstəliklər, beyin şişləri, boyunda olan yırtıqlar, stress və boyun-kürək əzələlərinin xəstəlikləri səbəb olur.
Oynaq və sümük ağrılarına revmatoid artrit, revmatizma, bel və boyun yırtıqları, əməliyyatlardan sonra baş verən patologiyalar səbəb olur.
Qarın ağrılarına daxili orqanların xəstəlikləri səbəb olur.
Vaxtaşırı baş verən ağrıları ağrıkəsicilərin köməyi ilə sakitləşdirmək düzgün sayılmır. Hər bir ağrı hansısa patologiyanın göstəricisidir. Ona görə də ağrı zamanı həkimə müraciət etmək ən doğru qərar sayılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağrı nədir?" haqqında müzakirə