Baş ağrıları
Statistikaya görə insanların 60-70%-i baş ağrılarından əziyyət çəkir. Baş ağrılarının əmələ gəlməsində müxtəlif faktorların rolu var. Bunun səbəbini araşdırmaq üçün həkimə müraciət etmək lazımdır. Amma baş ağrılarına səbəb olan xəstəliklərin arasında nevroloji xəstəliklər birinci sırada durur. Baş ağrıları təsadüfetmə tezliyinə, şiddətinə, sosial nəticələrinə görə fərqli olurlar. İnsanlar əsasən baş ağrılarının ciddi bir xəstəliyin səbəbi olmağından qorxurlar.
Baş ağrıları 2 böyük qrupa bölünürlər:
– birincili baş ağrıları
– ikincili baş ağrıları
Birincili baş ağrıları səbəbsiz yerə meydana çıxan baş ağrılarıdır. İkincili baş ağrıları isə metobolik pozğunluqlar, beyin şişləri və müxtəlif xəstəliklər zamanı ortaya çıxan baş ağrılarıdır. Baş ağrıları aşağıdakı şəkildə təzahür edərlərsə, təcili həkimə müraciət etmək lazımdır:
– ağrılar qəfil və kəskin şəkildə başlayarsa
– ağrının şiddəti və tezliyi davamlı olaraq artarsa
– başı ağrıyan adamın yaşı 50-dən yuxarıdırsa
– şəxs xərçəng xəstəliyi və ya travma keçirmişsə
– birtərəfli baş ağrısı olarsa
– ağrılar müalicəyə tabe olmazsa
– səhərlər yuxudan duran zaman baş ağrıları baş verərsə
– hər baş ağrısı əvvəlkindən daha şiddətli olarsa
– nevroloji əlamətlərlə müşayət olunarsa.
Baş ağrıları davamlı olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Müalicə zamanı xəstənin yuxu problemi, emosional və ailə faktorları , əvvəlki xəstəlikləri nəzərə alınmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Baş ağrıları" haqqında müzakirə