Dişi ağrısından qorxanlara 6 məsləhət
1. Dişləri vaxtlı-vaxtında fırçalamaq çürümələrə və ağrıya səbəb olan amillərin aradan qalxmasına yardım edir. Bu ağrının əmələ gəlməsinin qarşısını alır.
2. Sirkəli və duzlu su ilə qarqara etmək diş dibindəki şişkinlikləri aradan qaldırır, ağrılarının əmələ gəlməsinə səbəb olan amilləri aradan qaldırır.
3. Dişiniz ağrıyan zaman onun üstünə aspirin, spirt əvəzinə mixək yağı qoyun. Bu sizin ağrınızı daha tez kəsər və sizi yüngülləşdirər. Mixək yağı diş ağrısını azaltmaqla yanaşı, diş dibi ətlərinə də antiseptik təsir göstərir. Mixək yağının bakteriyaları öldürmək qabiliyyəti çürük dişlərin dibində olan zərərli bakteriyaları məhv edir.
4. Ağrıyan hissəyə buz qoymaq və ya soyuq su ilə ağızı yaxalamaq diş ağrısı zaman yüngülləşdirici təsir göstərir.
5. Gecə zamanı baş verən diş ağrılarının yüngülləşdirmək məqsədilə yastığı dik qaldırmaq ağrını azaldır.
6. Yuxarıda sadalananlar təbii vasitələrlə diş ağrısının aradan qalxmasına yardım edir. Amma bu müvvəqqəti xarakter daşıyır. Çalışın ildə ən azı 1 dəfə profilaktika məqsədilə diş həkiminə müraciət edin. Çünki düzgün diaqnozun və müalicənin nəticəsi sizi qəfil diş ağrısı ilə qarşı-qarşıya qoymaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dişi ağrısından qorxanlara 6 məsləhət" haqqında müzakirə