DABAN AĞRILARI

  • Müəllif: elnare
  • Tarix: 10 yanvar 2017
  • Baxış sayı: 32 514
  • 0 rəy
DABAN AĞRILARI
PLANTAR FASSİT
Dabanda ağrılar dabanın altında olan lifli toxumanın iltihablaşması nəticəsində baş verir. Xəstəliyə nəyin səbəb olduğu bəlli deyil, amma bəzi tibbi ədəbiyyatlarda ayağa uyuşmayan ayaqqabı səbəbindən baş verdiyi yazılır.
ƏLAMƏTLƏRİ: Xəstəlik dabanın iç nahiyyəsində siddətli ağrı ilə özünü biruzə verir. Ağrı ən çox səhərlər xəstə yerindən durub ayağını yerə basdığı zaman baş verir. Ağrının şiddətindən gəzmək çox çətin olur, xəstə ayağını yerə basanda sıxılaraq qalır. Gəzdikcə ağrılar azalmağa başlayır, sonra itir. Ağrılar xəstə oturub durmaq istədiyi zaman yenidən başlayır.
MÜALİCƏSİ: Daban ağrısının müalicəsi iltihablaşmış toxumanı basmamaqdır. Bunun üçün ayaqqabının daban hissəsinə pambıq tampon qoymaq lazımdır. Bu kömək eləməsə xəstəyə 4-5 sm hündürdabanlı ayaqqabı geymək tövsiyə olunur. Ümumuyyətlə dabanı ağrayan xəstələrə dabansız ayaqqabı geymək olmaz.
Dabanda iltihablaşmanı azaltmaq üçün ağrayan nahiyyəyə buz qoymaq məsləhət görülür. Həkimə müraciət etmək daha məqsədəuyğundur. Daban ağrısının müalicə olunması üçün, həkim xəstəyə iltihab əleyhinə preparatlar təyin edir. Xəstəyə yataqdan qalxmamışdan əvvəl ayaqlarını əvvəlcə yuxarıdan aşağıya doğru, sonra isə soldan sağa doğru hərəkət etdirmək tövsiyə olunur.
Daban ağrısının müalicəsində fizioterapevtik müalicə üsullarından istifadə edilir. Lazım gələrsə həkim kortikosteroid müalicəsi təyin edə bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"DABAN AĞRILARI" haqqında müzakirə

Rəy əlavə et

yenilə, əgər kod görünmürsə